Layihələr  gerçəkləşdirilir


Baxıldı : 56

Tarix : 2020-05-16 03:36:39


 

Koronavirus infeksiyasının fəsadlarının qarşısının alınması istiqamətində dövlətimizin həyata keçirdiyi siyasətə müvafiq olaraq Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi bir sıra layihələr hazırlayıb gerçəkləşdirmişdir.
 İlk olaraq bölgələrdə fəaliyyət göstərən şəhər və rayon komitələri aztəminatlı ailələrə ərzaq məhsulları və tibbi ləvazimatlar göndərmişdir.  Bakı şəhəri üzrə xidmətdə olan müəssisə və təşkilatlarda çalışan 300 nəfər həmkarlar ittifaqı üzvünə ərzaq sovqatları paylanmışdır. Bu qisim layihələrin gələcəkdə də davam etdirilməsi nəzərdə tutulmuşdur.