Layiqli əmək diqqət mərkəzində COVID-19 pandemiyası şəraitində təcili antiböhran tədbirlərdən iqtisadiyyatın bərpasına doğru


Baxıldı : 403

Tarix : 2020-06-19 16:13:24


Beynəlxalq Əmək Təşkilatının Moskva Bürosu “İqtisadiyyatın tezliklə bərpa olunması və böhrandan çıxması məqsədilə müəssisələrə dəstək” mövzusunda videokonfrans keçirmişdir.

BƏT-in Moskva ofisinin rəhbəri Olqa Kulayeva, məşğulluq məsələləri üzrə baş mütəxəssis Mixail Puşkin, BƏT-in Cenevrə Bürosunun kiçik və orta müəssisələr şöbəsinin müdiri Draqan Radiç, BƏT-in eksperti Fyödor Prokopov, işəgötürənlərin fəaliyyəti üzrə baş mütəxəssis Vladimir Çuroviç və zəhmətkeşlərin fəaliyyəti üzrə baş mütəxəssis Qoça Aleksandriya pandemiyanın iqtisadiyyata neqativ təsirlərindən və böhrandan çıxış yollarından danışdılar.

Qeyd olundu ki, mikro və kiçik müəssisələrə dəstək verən ölkələr öz seçimini kreditlərin və digər maliyyə xidmətlərin əlçatanlığının yüngülləşdirilməsi istiqamətində etdilər. Mikro və kiçik müəssisələr, eləcə də fərdi əmək fəaliyyəti ilə məşğul olanlar, habelə iqtisadiyyatın qeyri-formal sektorunda fəaliyyət göstərən obyektlər özünün daimi məsrəflərinin ödənilməsinə hazır deyillər və beləliklə, onların vəziyyəti daha ağırdır. Gəlirlər artmayanadək müəssisələrə maliyyə dəstəyi lazımdır. Çox ölkələrdə müəssisələr iqtisadi tənəzzülə cavab olaraq fəaliyyət mexanizmlərinin yenidən qurulmasına başlayıblar. Bu da hər zaman müsbət nəticələr vermir.

BƏT beynəlxalq əmək normalarına əsaslanaraq, böhrana cavab olaraq, şirkətləri yenidənqurma sahəsində qabaqcıl təcrübələrdən istifadəsi üzrə tövsiyələr təqdim edir.

Tədbir zamanı iki və üçtərəfli əməkdaşlığın əhəmiyyəti xüsusilə vurğulanmışdır.

 

Arif İBRAHİMOV,

AHİK-in baş mütəxəssisi