İlin sonunadəkməzənnə dəyişilməyəcək


Baxıldı : 206

Tarix : 2016-04-15 06:17:00


Azərbaycanda milli valyutanın məzənnəsi yaxınmüddətli perspektivdə - 6-12 ay ərzində sabit qalacaq. \ Fitch\ beynəlxalq reytinq agentliyinin maliyyə təşkilatları üzrə analitik qrupun direktoru Dmitri Vasilyevin bildirdiyinə görə, hökumətin fevral devalvasiyasından sonra xarici valyutalara olan təzyiqin qarşısının alınması və pul bazarına əlavə manat kütləsi çıxarmaqda məhdudiyyətli rejim tətbiq etməsi valyuta gərginliyini azaldıb. Hazırkı situasiyada Azərbaycanın ali maliyyə qurumları dövriyyəyə əlavə manat kütləsi çıxarmamaqla bir növ dollar almaq istəyən vətəndaşların pul qıtlığı ilə üzləşməsinə səbəb olub. Bu da manatın sabit məzənnəsi üçün əlverişlidir. D.Vasiliyev qeyd edib ki, manatın möhkəmlənməsi də gözləniləndir. Amma bu, neftin qiymətlərinin aşağı səviyyədə nə qədər çox qalmasından, hökumətin buna cavabından çox şey asılıdır. Hazırda maliyyə-bank-valyuta sektorunda sabitliyin bərpa olunması, milli valyutaya olan inamın artırılması istiqamətində addımlar atan Maliyyə Bazarlarına Nəzarət Palatası 2016-cı ildə manatın sabit qalacağını, hətta dollar və avro qarşısında möhkəmlənəcəyini bildirir. Palata manatın məzənnəsinin sabit qalması və möhkəmlənməsi üçün əlavə tədbirlər görüləcəyini də istisna etmir. Artıq bu məqsədlə valyuta bazarında baş verən proseslərə çevik reaksiya vermək üçün Maliyyə Sabitliyi Şurası yaradılıb. Yeni qurum pul-valyuta və maliyyə sistemində koordinasiya olunmuş siyasətin həyata keçirilməsində rol oynayacaq.ELBRUS