Ölkəmiz təhlükədən sovuşub


Baxıldı : 196

Tarix : 2016-06-10 07:03:00


Dünya Bankı (DB) \ Global Economic Prospects\ adlı hesabatında 2016-cı ildə dünya iqtisadiyyatının inkişaf vəziyyəti barədə yeni proqnozlarını açıqlayıb. Qeyd olunduğuna görə, cari ildə ümumdünya artım tempi 1,2-1,5 faiz həddində olacaq, Azərbaycanda ümumi daxili məhsulun (ÜDM) artımı 0,1 faiz proqnozlaşdırılır, amma qeyri-neft sektoru üzrə 6-7 faizlik artımın olması iqtisadiyyat üçün gözlənilən təhlükələri minimuma endirəcək. Hesabatda bildirilir ki, neftin qiymətinin aşağı düşməsi ixracatçı ölkələrin əksəriyyətində xarici borclanmanın səviyyəsinin artmasına səbəb olub və bu proses ilin sonuna bir qədər də mürəkkəbləşəcək. Hazırda fars körfəzi ölkələrinin böyük əksəriyyəti iqtisadiyyatın inkişaf və borclanma əmsalına görə daha acınacaqlı durumdadır. Xəzər region ölkələri borcun səviyyəsinə görə riskin az olduğu qrupa aiddir. DB bildirir ki, Azərbaycan iqtisadiyyatının ortamüddətli artımı üçün neft gəlirləri mühüm rol oynamayacaq. İqtisadiyyatın digər təbii ehtiyatların yüksək artımı hesabına inkişaf etdirilməsi üçün ölkədə uzunmüddətli maliyyə sabitliyi amili də mühüm əhəmiyyət kəsb edir. Fond tövsiyə edir ki, yanacaq ehtiyatlarının iqtisadiyyatın diversifikasiyası üçün yönləndirilməsi ortamüddətli artım potensialını gücləndirə bilər. Nəticədə ölkə iqtisadiyyatının inkişafını təmin edən əsas mənbələr qeyri-neft sektorunda cəmləşəcək. Bu isə iqtisadi artımın tarazlılığını təmin edə bilər. ELBRUS