Ölkəmizdə aqroparkların yaradılmasına dəstək


Baxıldı : 205

Tarix : 2016-07-22 01:10:00


Azərbaycanda ərzaq təhlükəsizliyinin möhkəmləndirilməsində xüsusi əhəmiyyətə malik iri fermer təsərrüfatlarının, aqroparkların, intensiv metodlara əsaslanan müasir təsərrüfatların yaradılmasına dövlət dəstəyi tədbirləri davam etdirilir. Əhalinin ərzaq təminatını yerli istehsal hesabına daha da yaxşılaşdırmaq məqsədilə Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq respublikanın 19 rayonunda 40 min hektardan artıq sahədə 30 iri fermer təsərrüfatı yaradılıb. Bu məqsədlə fermerlərə 60 milyon manat güzəştli kredit verilib.İqtisadiyyat naziri Şahin Mustafayev bildirib ki, mövcud aqroparkların infrastukturunun təkmilləşdirilməsi, istehsalın genişləndirilməsi, qabaqcıl texnologiyalara əsaslanan emal sahələrinin qurulması, eyni zamanda yeni aqroparkların yaradılması istiqamətində işlər davam etdirilir. Bu məqsədlə aqroparklarda müasir istehsal, emal və infrastruktur müəssisələrinin yaradılmasına 43 milyon manat güzəştli kredit verilib. Bununla yanaşı, aqroparkda qabaqcıl texnologiyanın tətbiqi ilə gündəlik emal gücü 100 ton olan süd emalı zavodunun və 60 hektar ərazidə intensiv bağçılıq təsərrüfatının yaradılması nəzərdə tutulur. Hazırda Yalama aqroparkında 100 daimi iş yeri açılmış, daha 50 nəfər mövcümi işlərə cəlb olunmuşdur. Layihənin II mərhələsinin icrası əlavə olaraq 100 daimi iş yerinin açılmasına imkan yaradacaq. Şəmkir aqroparkında isə 1-ci mərhələ üzrə işlər yekunlaşmaq üzrədir. Aqroparkda 26 min ton tutumu olan logistika mərkəzinin yaradılması işləri tamamlanmaqdadır. Bundan başqa, müasir suvarma sistemlərinə əsaslanan iri fermer təsərrüfatı təşkil edilmişdir. II mərhələnin icrası üçün hazırlıq işləri davam etdirilir. Azərbaycanın digər bölgələrində də aqroparkların yaradılması məqsədilə aidiyyəti qurumlarla birgə araşdırmalar aparılır. ELBRUS