Ölkəmizi tanıyaq\ layihəsi


Baxıldı : 206

Tarix : 2015-11-20 05:41:00


\ Ölkəmizi tanıyaq\ layihəsi çərçivəsində Sumqayıt və Gəncə Dövlət Universitetlərinin tələbələrinin respublikamızın tarixi və görməli ərazilərinə ekskursiyaları təşkil edilib. Sumqayıtlı tələbələr Qobustan Dövlət Tarixi-Bədii Qoruğunda olublar. Universitetin Tələbə Həmkarlar İttifaqının təşkilatçılığı ilə baş tutan səfər gənc oğlan və qızlarda böyük təəssürat oyadıb. Azərbaycan tarixi kafedrasının müdiri, dosent Əmirxan İsayev deyir ki, ekskursiya iştirakçılarına bu qədim yaşayış məskəni barədə ətraflı məlumat verildi. Tələbələri maraqlandıran suallar cavablandırıldı.Gəncə Dövlət Universitetinin Tələbə - Gənclər Təşkilatı isə tanıtmaq məqsədilə Göygöl rayonunu seçdi. Tələbələr orada Heydər Əliyev Mərkəzini, Bayraq Meydanını, Tarix-Diyarşünaslıq Muzeyini ziyarət etdilər. Bələdçilər onları rayon mərkəzinin yaranma tarixi və indiki sosial-iqtisadi durumu barədə məlumatlandırdılar.