Ölkəmizin xarici borcu təhlükəli həddə deyil


Baxıldı : 191

Tarix : 2016-05-20 05:08:00


Avropa Komissiyası qitə ölkələrinin bəzi iqtisadi göstəricilərinə dair hesabat dərc edib. Hesabatda dövlətlərin xarici borclarına dair məlumatlar da əks olunub. Sənəddə ölkələrin iqtisadiyyatlarının miqyası fərqli olduğundan iqtisadi təhlildə əsasən nisbi göstəricilər istifadə olunur, çünki əks halda hər hansı müqayisə mənasızdır. Bizim halda bu, dövlət borcunun ÜDM-ə nisbətidir. Avropanın bir çox ölkələrində dövlət borcunun həcmi ÜDM-in yarısını təşkil edir, bəzi ölkələrdə ÜDM-ə bərabərdir, bir neçəsində ÜDM-dən də artıqdır. Yunanıstanda vəziyyət daha istisna haldır, çünki burada müxtəlif amil, səbəb və addımların nəticəsində borc inanılmaz həddə çatıb ki, dövlət bu borcu artıq idarə edə bilmir. Oxşar vəziyyət İrlandiya, İtaliya, Portuqaliyada müşahidə olunub. Burada indi də dövlətin xarici borclarının yüksək səviyyəsi müşahidə olunur, amma heç bir böhrandan, xüsusən də defoltdan söhbət gedə bilməz. Bununla belə, Avropa ölkələri artıq borcalma siyasətini təkmilləşdirib ki, nəticədə yüksək borc iqtisadiyyata təhlükə yaratmır.Amma maraqlısı odur ki, MDB ölkələrinin əksəriyyətinin, o cümlədən Rusiyanın dövlət borcu təhlükəli həddə çatıb. Rusiyanın valyuta ehtiyatları \ əriyir\ və neft 2 il 50 dollar səviyyəsində satılarsa, bu dövlətin ehtiyatları qurtaracaq və borc limiti ümumi daxili məhsulu üstələyəcək. Oxşar vəziyyət artıq Ermənistanda müşahidə edilir. Bu ölkənin xarici borcu ÜDM-in 80 faizi həddindədir. Qonşu Gürcüstanda vəziyyət sabit hesab olunur. Tacikistan, Qırğızıstan, Moldova, Ukrayna da xarici borc limiti yüksək olan ölkələrdəndir. Azərbaycan xarici borcun təhlükəsiz və sabit olduğ dövlətlər qrupuna aid edilir. Avropa Komissiyası hesab edir ki, hazırda ölkəmizin xarici dövlət borcunun ÜDM-ə nisbəti 18% təşkil edir. Bu, təxminən 9,5 milyard manat deməkdir. AK son bir ildə xarici borc göstəricisinin 8,6% artdığını, bunun səbəbinin devalvasiya nəticəsində ÜDM-in dollar ifadəsində manat gəlirlərinin həcminin kəskin azalması və nəticədə xarici dövlət borcunun artdığını bildirir. Məsələn, 2015-ci il ərzində borcun həcminin özü 6,5 mlrd. dollardan 6,9 mlrd. dollara artıb. Yəni çox kiçik həcmdə artım müşahidə olunub.ELBRUS