İlk təşkilat hesabat verməyə hazırlaşır


Baxıldı : 243

Tarix : 2015-01-24 05:20:00


TİAHİ İsmayıllı Rayon Komitəsinin ən böyük ilk təşkilatı olan İ.Həsənov adına 1 saylı şəhər tam orta məktəb həmkarlar ittifaqı komitəsi son iki ildə gördüyü işlərə dair ittifaq üzvləri qarşısında hesabat verməyə hazırlaşır.2 dəfə \ İlin ən yaxşı məktəbi\ müsabiqəsinin qalibi olmuş bu təhsil ocağının həmkarlar ittifaqı komitəsinin 153 üzvü var. Onlardan 3 nəfəri \ Əməkdar müəllim\ dir. Bir nəfəri \ Tərəqqi\ medalına, 6 nəfəri isə \ İlin ən yaxşı müəllimi\ adına layiq görülmüşdür.Həmkarlar ittifaqı təşkilatı öz işini təşkilatın nizamnaməsinə, illik iş planına əsasən qurmuşdur. Məktəb həmkarlar ittifaqı komitəsi ilə məktəb direktoru arasında kollektiv müqavilə bağlanmışdı. Komitə ittifaq üzvlərinin əmək hüquqlarının qorunmasını vacib məsələ kimi qarşıya məqsəd qoymuşdur. Komitəyə daxil olan ərizələrə diqqətlə yanaşılır və onların həll olunmasına qanun çərçivəsində səy göstərilir.Məktəb həmkarlar ittifaqı komitəsi işçilərlə bağlanmış əmək müqavilələri şərtlərinin yerinə yetirilməsini yoxlayır, müvafiq qərarlar qəbul edir.Əməyin mühafizəsi, iş şəraitinin yaxşılaşdırılması, texniki təhlükəsizlik qaydalarına əməl edilməsi diqqətdə saxlanılır. Əməyin mühazifəsi komissiyası təhlükəsizlik, sanitar-gigiyena qaydalarının pozulmasına, yanğınsöndürmə avadanlıqlarının alınıb yerləşdirilməsinə daimi nəzarət edir. Fizika, kimya, informatika kabinetlərində, idman zalında şagirdlərin təhlükəsizlik qaydalarına əməl olunması üçün siniflər üzrə xüsusi jurnallar hazırlanılıb. Hər bir şagird həmin təlimatlarla tanış edilib. Komissiyalar tərəfindən keçirilən yoxlamalar zamanı aşkar olunmuş nöqsanlar araşdırılır və dərhal aradan qaldırılması üçün rəhbərlik qarşısında məsələ qaldırılır. Məktəbdə hər mərtəbə üçün ayrı-ayrılıqda fövqəladə hallarda təxliyyə planı hazırlanaraq dəhlizlərdən asılıb.Onu da qeyd edək ki, bu təhsil ocağı elektron məktəb olacaq. Bununla əlaqədar məktəbdə xeyli işlər görülüb. Bütün siniflər proyektorlarla təmin olunub, sürətli internet şəbəkəsinə qoşulub, ağıllı lövhələr qoyulub. Bu sahədə iş hələ davam edir.