Ölkəyə valyutanın daxil olması üçün...


Baxıldı : 141

Tarix : 2016-07-01 07:12:00


\ Post-neft dövründə bankların real sektoru kreditləşdirməsi çox önəmlidir\ . Bunu Azərbaycan Banklar Assosiasiyasının (ABA) prezidenti Zakir Nuriyev bildirib. O, qeyd edib ki, ölkəyə böyük maliyyə axınları daxil olduğu və əhalinin istehlak qabiliyyətinin artdığı dövrdə banklar əhalinin istehlak kreditlərinə olan tələbini qarşılayan bank məhsullarını aktiv şəkildə təqdim edirdilər: \ Demək olar ki, hər bir vətəndaşın evində istehlak krediti vasitəsilə alınmış əşya tapmaq olar. Hazırkı reallıqda ölkəyə valyutanın daxil olmasını təmin etmək üçün dəyər yaradan sahələrin maliyyələşdirilməsi, yeni istehsal sahələrinin yaradılması tələb olunur. Banklar real sektorun əsas maliyyə təminatçısına çevrilməklə bu sahələrin kreditləşdirməsi, kiçik və orta sahibkarlığı maliyyəşdirməsində öz biznes fəlsəfələrinə uyğun olaraq maraqlıdırlar\ .ABA -nın sədri bildirib ki, hər bir biznesdə olduğu kimi, banklar da öz fəaliyyət strategiyalarını müəyyən edən zaman riskləri qiymətləndirməli və belə qiymətləndirmənin nəticələrinə uyğun addımlar atmalıdırlar: \ Bunu nəzərə alaraq biznesdə mövcud olan risklərin azaldılması istiqamətində görülən işlərin davam etdirilməsi çox vacibdir”.Cavid SƏFƏROV