Lobbiçilik fəaliyyəti genişləndirilməlidir


Baxıldı : 104

Tarix : 2017-04-29 00:26:59


Beynəlxalq Nəqliyyat İşçiləri Federasiyası (BNİF) Beynəlxalq Əmək Təşkilatı tərəfindən qəbul edilmiş iş yerində cinsi diskriminasiyaya qarşı konvensiyaya dəstək kampaniyası keçirib. BNİF-in Qadın Nəqliyyat İşçiləri Komitəsinin toplantısında xüsusilə nəqliyyat sektorunda qadınların fəaliyyətinə imkan yaradılmaması gündəmə gətirilib. Barbados Həmkarlar İttifaqının nümayəndəsi Vilma Klement ictimai nəqliyyatda qadın işçilərin fəaliyyətinə imkan verilmədiyini və problemin dünyanın hər yerində yaşandığını vurğulayıb. Bu halla mübarizə üçün lobbiçilik fəaliyyətini genişləndirməyin vacibliyini deyib. BNİF-in Qadın Komitəsi iyunun 7-8-də Mərakeşdə təşkil edəcəyi beynəlxalq konfransda məsələ ilə bağlı qərar qəbul edəcək.

 

Cavid Səfərov