“London United" şüarı ilə yürüş


Baxıldı : 57

Tarix : 2017-08-04 20:30:59


İngiltərədə "Unite" Həmkarlar İttifaqının təşkilatçılığı ilə xəstəxananın tibbi personalı, bank işçiləri və hava nəqliyyati şirkətinin ekipaj heyəti birlikdə nümayiş keçirib.

Avqusun 3-də təşkil olunan aksiyaya "Barts Health NHS Trust" xəstəxanasında, "Britşh Airways" da və İngiltərə Mərkəzi Bankında çalışanlar qatılıb. "London United" şüarı ilə paytaxtın mərkəzinə yürüş təşkil olunub. Aksiyada iştirak edənlərin əsas tələbi maaşların minimum əməkhaqqına uyğunlaşdırılmasıdır.

Qeyd edək ki, xəstəxananın işçi heyəti bir ay öncə də eyni tələblə tətil təşkil etmiş, lakin məqsədlərinə tam nail ola bilməmişdilər. Hava nəqliyyatında da bu tətil birinci deyil, son bir ildə bir neçə dəfə maaş və ixtisarla əlaqədar tətil və nümayişlər təşkil olunub.  Mərkəzi Bankın işçiləri 50 ildə ilk dəfə tətil elan edərək aksiya keçirir.

Tətilin birgünlük olduğunu mətbuata açıqlayan ittifaq nümayəndələri tələbləri cavablandırlmasa aksiyanın önümüzdəki günlərdə təkrar keçiriləcəyini bildiriblər.

Cavid SƏFƏROV