Lula sərbəst buraxıldı


Baxıldı : 42

Tarix : 2019-11-25 05:06:19


Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyası  Braziliyanın keçmiş prezidenti Lulanın həbsdən azad edilməsini alqışlayıb. Onun və digər mütərəqqi siyasətçilərin mühakiməsinə son verməyə çağırıb. 

“Beynəlxalq həmkarlar ittifaqı hərəkatı Lulaya qarşı bütün uydurma ittihamları rədd edərək, onu dəstəkləməyə davam edəcəkdir. Onun həbsindən sonra ölkədə yaranmış vəziyyət çox acınacaqlıdır. Nüfuzlu oliqarxlar ölkənin hüquq sistemini istədikləri kimi yürüdürlər  və milyonlarla insanı yoxsulluq vəziyyətinə salıblar. Qanunun aliliyi çox təhrif edilib və yenidən bərpa edilməsinə ehtiyac var”. Bu sözləri BHİK-in  Baş katibi Şaran Barrou bildirib.

Sərbəst buraxıldıqdan sonra Lula hazırkı hökumətin apardığı siyasəti tənqid edib. İşsizliyin artdığını, insanların yoxsul həyat sürdüklərini deyib. Bütün haqsızlığa qarşı qətiyyətlə mübarizə aparacağını vurğulayıb.