Mədənçilərin əməyi lazımi səviyyədə qiymətləndirildi


Baxıldı : 214

Tarix : 2016-04-01 04:05:00


Kolumbiyada 62 gün davam edən çətin danışıqlardan sonra \ Sintracarbon\ Kömür Sənayesi İşçilərinin Həmkarlar İttifaqı ilə \ Cerrejon\ şirkəti arasında 13 min mədənçinin əməyinin lazımi səviyyədə qiymətləndirildiyi saziş imzalanıb.Danışıqların əvvəlində \ Cerrejon\ rəhbərliyi xammal məhsullarının qiymətlərinin düşməsini bəhanə gətirərək həmkarlar ittifaqlarının hüquqları, sağlamlığının qorunması və digər məsələlərlə bağlı böyük güzəştlər tələb etmişdi.Mart ayında həmkarlar ittifaqı təşkilatına üzv olan işçilərin 98,3 faizi danışıqlarda müsbət nəticə əldə olunmadığı halda tətil keçirilməsinin lehinə səs vermişdi. Uzunmüddətli münaqişə həmkarlar ittifaqına müsbət təsir göstərmiş və onu daha da güclü etmişdi. Bu müddət ərzində təşkilata 300 yeni üzv daxil olmuşdu. \ Sintracarbon\ un prezidenti Xayro Kirozanın sözlərinə görə, həmkarlar ittifaqının gücü, onun tələblərinin qanuniliyi, həmçinin ictimaiyyət tərəfindən gələn möhkəm dəstək qələbəyə səbəb olmuşdur.Qeyd edək ki, bağlanmış müqavilə iki ilə nəzərdə tutulub və əməkhaqlarının artırılması, əmək şəraitinin yaxşılaşdırılması, sağlamlığın qorunması, eləcə də digər güzəştləri özündə əks etdirib.Elçin ZAKİRİ