Mədəni nümunələr Londonda nümayiş olunub


Baxıldı : 238

Tarix : 2016-07-23 00:54:00


İçərişəhər Ənənəvi İncəsənət Mərkəzinin nümayəndələri Londonun Trafalqar meydanında keçirilən \ Ramazan Festivalı-2016\ adlı tədbirdə iştirak ediblər. Bu barədə \ İçərişəhər\ Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsindən məlumat verilib.İkinci dəfə keçirilən tədbiri London şəhərinin meri təşkil edib. Ənənəvi İncəsənət üzrə Şahzadə Məktəbinin nümayəndələri tədbirdə iştirak edib. Festivalda iştirakın əsas məqsədi Azərbaycanın mədəniyyətinin, ənənəvi incəsənətinin, sənətkarlığının və mədəni irsinin təqdim olunması və beynəlxalq səviyyədə təbliğidir. Festival zamanı ziyarətçilər 8 guşəli ulduz əsasında qurulan və İslam incəsənətinə xas olan tağ memarlıq formasının nəbati və həndəsi naxışlarla bəzədilən və ziyarətçilərin rənglədiyi nümunələr, eləcə də İçərişəhər Ənənəvi İncəsənət Mərkəzi tələbələrinin əl işləri olan unikal keramika, batika, zərgərlik və taxta üzərində oyma sənəti nümunələri ilə tanış olublar.8 guşəli ulduzun daxilindəki naxışlarda İslam incəsənətində və Azərbaycan incəsənət nümunələrində tez-tez rast gəlinən nəbati güllərdən, həndəsi formalardan və Şəki Xan Sarayının divar rəsmlərindən biri olan haşiyə formasından istifadə olunub.Cavid SƏFƏROV