Müddətsiz tətil elan edilib


Baxıldı : 188

Tarix : 2015-12-12 06:15:00


Dekabrın 7-də israilli psixoloqlar və Səhiyyə Nazirliyinin sosial işçiləri müddətsiz tətil elan ediblər. Aksiya ilə əlaqədar ölkənin 54 poliklinikasında tibbi xidmət təxirə salınıb. Nəticədə, 10 mini uşaq olmaqla, 56 minə yaxın pasiyent müvafiq tibbi psixiatriya yardımını ala bilməyib.Tətil iştirakçıları hesab edirlər ki, Səhiyyə Nazirliyi psixiatriya klinikalarında olan məşğulluğun həcmi barədə məlumatı gizlədir, tibb müəssisələrinin rəhbərliyi isə qeyri-kommersiya qurumlarının əməkdaşlarına üstünlük verir, bu isə öz növbəsində dövlət qulluqçularının işlə təmin edilməsinə mənfi təsir göstərir. Bundan başqa, etirazlar klinikalarda təcrübə keçən gənc mütəxəssislərə verilən təqaüdün indeksasiyasının ləğvinə qarşı yönəlib.Elçin ZAKİRİ