Mühüm məsələlər müzakirə edildi


Baxıldı : 165

Tarix : 2015-10-23 01:46:00


Braziliyanın San-Paulo şəhərində Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyası (BHİK) Ali Şurasının 15-ci görüşü keçirilib. BHİK-in prezidenti Joao Felisionun sədrliyi ilə baş tutan görüşdə təşkilatın 54 ölkədən 130 nümayəndəsi iştirak edib.Şura üç əsas qlobal məsələ üzrə 2016-cı il üçün qabaqcıl kampaniyaları təsdiqləyib: iqlim ədaləti və sənaye transformasiyası, təchizat zəncirində korporasiyaların hökmranlığının ram edilməsi, köləliyin aradan qaldırılması. Həmçinin 6 prioritet istiqamət üzrə iş planı qəbul edib: riskli ölkələr, qlobal həmrəylik və inkişaf, qlobal miqrasiyanın tənzimlənməsi, iş yerlərində və həmkarlar ittifaqlarında qadınların təmsilçiliyi, ev şəraitində çalışan insanlar, orqanayzinq.Görüş Ankarada dinc nümayiş zamanı 100 nəfərin həlak olduğu və təxminən 250 nəfərin yaralandığı dəhşətli terror aktı qurbanlarının xatirəsini anım və həmrəylik ifadəsi ilə açılıb. Bildirilib ki, BHİK bu hadisənin tam müstəqil araşdırılmasını və cinayətkarların üzə çıxarılmasını tələb edir.Şura Nobel Sülh Mükafatını \ Tunis kvarteti\ nə təqdim olunmasına da rəy bildirib. Bu barədə kvartet iştirakçılarından biri, UGTT Həmkarlar İttifaqının baş katibi Hüseyn Abbasinin çıxışı böyük maraqla qarşılanıb. Görüş zamanı \ Azadlıq\ adlı hesabat müzakirə edilib, daha sonra qəbul olunub. Sənəddə demokratik məkanın daraldığı və onun nəticələrinin qorxulu qlobal tendensiya aldığı nəzərə çatdırılır: münaqişələr və insanların məcburi köçürülməsi, korrupsiya, işçilərin hüquqlarına qarşı təzyiqlər, zorakılıq, cəzasızlıq. Şura Trans-Sakit Okean Tərəfdaşlığı çərçivəsində ticarət sazişləri, İspaniyada əməkçilərin hüquqlarının pozulması və Braziliyada demokratiyaya yönələn hücumlar üzrə qətnamələr qəbul edib.Tədbirdə həmçinin üzvlərinin sayı 4,4 milyon nəfər olan beş təşkilat BHİK-in sıralarına qəbul olunub: NCST (Braziliya), CFTUİ (Hindistan), FPRK (Qazaxıstan), CESİTP və CUT (Paraqvay). Həmçinin GFİTU (İraq), KSPK (Qazaxıstan) və FPUZ (Özbəkistan) həmkarlar ittifaqları assosiativ təşkilatlar kimi tanınıb.Şura BƏT-in fəaliyyəti və qlobal iqtisadi vəziyyəti haqqında, habelə İnsan Hüquqları və Həmkarlar İttifaqı Təşkilatlarının Hüquqları Komitəsinin hesabatları, qadınların fəaliyyəti, o cümlədən iş yerlərində və cəmiyyətdə onlara qarşı zorakılığın qarşısının alınması barədə məlumatları dinləyib.Məlumat üçün bildirək ki, BHİK özündə 162 ölkədən 180 milyon çalışan insanın üzv olduğu 333 həmkarlar ittifaqı təşkilatını birləşdirir.Elçin ZAKİRİ