Məhkəmə aviadispetçerlərin tərəfində oldu


Baxıldı : 188

Tarix : 2015-10-09 02:18:00


İspan aviadispetçerləri oktyabr ayının əvvəllərinə nəzərdə tutulmuş 12 saatlıq tətili təxirə salıblar. Bu barədə qərarı hava limanı işçilərinin maraqlarını təmsil edən \ USCA\ Həmkarlar İttifaqı Birliyi qəbul edib.Birlik 2010-cu ildə baş tutan etiraz aksiyalarının səbəbkarları sayılan dispetçerlərə qarşı qəbul edilən tənbehlərin ləğvinə nail olmaq üçün tətil keçirmək niyyətində idi. Məhkəmə mülki aeroportların və hava hərəkəti operatoru \ Enaire\ tərəfindən öz əməkdaşları barəsində qəbul etdikləri sanksiyaları araşdıraraq onları qanunsuz sayıb.Bununla bağlı həmkarlar ittifaqının yaydığı bəyanatda bildirilib: \ Biz bu sazişin qəbuluna 2015-ci ilin iyun ayından sentyabr ayınadək keçirdiyimiz doqquz tətildən sonra nail olduq. Baxmayaraq ki, bu saziş əldə etmək istədiyimiz bütün şərtləri yerinə yetirmir, amma bir şey həqiqətdir ki, danışıqlar üçün yol artıq açıqdır\ .Elçin ZAKİRİ