Əmək hüquqlarının müdafiəsi naminə...


Baxıldı : 187

Tarix : 2015-11-27 06:16:00


Polşanın paytaxti Varşava şəhərində noyabr ayının 24-də \ PGNiG\ enerji şirkətinin ofisi önündə irimiqyaslı nümayiş keçirilib. \ Solidarnost\ həmkarlar ittifaqının çağırışı ilə energetiklər transparantlar və bayraqlarla küçələrə çıxaraq qaz monopolistinin sədrinin dərhal istefa verməsini tələb ediblər.Etiraza səbəb şirkət rəhbərliyi tərəfindən onüçüncü əməkhaqqının ləğvi, eləcə də bonusların və mükafatların kəsilməsi olub. İşçilərin mənafeyini müdafiə edən həmkarlar ittifaqı ilə işəgötürən arasında əmək mübahisəsinin mayın 18-dən yaşanmasına baxmayaraq, indiyədək barışıq sazişi bağlanmayıb. Şirkət işçilərin tələblərini yerinə yetirməkdən qəti surətdə imtina edir. Əsas kimi enerji bazarının liberallaşdırılması şəraitində artıq xərclərin azaldılmasını göstərir.\ Biz layiq olduğumuz məvacibləri tələb edirik. İdarə heyətinin sədri bu yaxınlarda 117 min avro məbləğində illik mükafat alıb, əvəzində isə əməkdaşlarımıza sədəqə kimi əlavə ərzaq istiqrazları ayırıb. Əmək kollektivinin maaşları 6 faiz artırılmalıdır, bonuslar və mükafatlar tam həcmdə ödənilməlidir. Şirkətin büdcəsində bunun üçün kifayət qədər vəsait var\ , - deyə \ PGNiG\ in həmkarlar ittifaqı lideri Zenon Qontaj qeyd edib.Şirkət rəhbərliyinin siyasəti ilə razılaşmayan nümayiş iştirakçıları yaxın vaxtlarda etirazların miqyasının böyüyəcəyini bildiriblər. Bir müddət öncə keçirilmiş referendumda \ PGNiG\ işçilərinin 96 faizi öz əmək hüquqlarının müdafiəsi naminə mübarizənin gücləndirilməsinə tərəfdar olduqlarını bildiriblər.Elçin ZAKİRİ