Əmək hüquqlarını sahibkarlar pozur


Baxıldı : 382

Tarix : 2015-02-21 04:36:00


Azərbaycan hökuməti sahibkarların hüquqlarının və mənafelərinin qorunması üçün ən mütərəqqi addımlar atır, qanunvericiliyə dəyişikliklər edir. Amma müşahidələr göstərir ki, əmək hüquqlarının pozulmasında ən çox iştirak edənlər elə sahibkarların özləridir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dövlət Əmək Müfəttişliyi Xidmətinin apardığı araşdırmalara görə, 2014-cü ildə əmək qanunvericiliyinə əməl olunmaması ilə bağlı aşkar edilən hüquq pozuntularının böyük bir hissəsi sahibkarlara məxsusdur. Müfəttişliyin rəisi Fuad Əlizadə bildirib ki, əmək qanunvericiliyini pozanların 91%-i sahibkarlardır. Onların əksəriyyəti öz işçilərinin istirahət və əmək hüquqlarını pozmuş, əməkhaqlarının və əlavə ödənişlərinin verilməsini yubatmışlar. Müfəttişliyin apardığı araşdırmalara görə, hüquq pozuntularının 6,3%-i əməyin mühafizəsinin tibbi-sosial məsələləri, 6,1%-i əməkhaqqının hesablanması və ya ödənilməsindəki nöqsanlar, 4 %-i texniki təhlükəsizlik qaydalarına əməl edilməməsi və digər sahələrlə bağlı olub. Qurum tərəfindən xəbərdarlıq və müvafiq inzibati cərimələrə baxmayaraq, bu hallara 2015-ci ilin ilk ayında da rast gəlinib. Yanvar ayında ümumilikdə 38988 manat həcmində gecikdirilmiş sosial xarakterli ödənişlərin işəgötürənlər tərəfindən işçilərə ödənilməsi təmin edilib.ELBRUS