Əmək təsnifatı və sabitlik təminatı


Baxıldı : 266

Tarix : 2015-02-28 03:15:00


İtaliyanın liman işçiləri həmkarlar ittifaqları martın 6-da 24 saatlıq tətil keçirəcəklərini elan ediblər. Uiltrasporti, Fit-CISL və Filt-CGIL həmkarlar ittifaqı federasiyalarının nümayəndələri etirazın aparılan islahatlara qarşı yönəldiyini bildiriblər. İslahatlar kifayət qədər təcrübəyə və biliyə malik olmayan şirkətlərə və müəssisələrə xeyir gətirərək liman işçilərinin həyatını təhlükə altına qoyur. Həmçinin nəqliyyat və iqtisadi inkişaf nazirlikləri arasında təsir sahəsi və vəzifə bölgüsü uğrunda davam edən mübahisələr də iş şəraitinin pozulmasına gətirib çıxarır.Həmkarlar ittifaqlarının birgə bəyanatında qeyd olunub ki, əmək təsnifatı və sabitlik təmin olunmalı, İtaliya limanlarının təhlükəsizliyinə zəmanət verilməlidir. Elçin ZAKİRİ