Əmək vet...


Baxıldı : 214

Tarix : 2016-09-08 04:41:00


Əmək veteranıyam. 80-dən yuxarı yaşım var. Yevlax rayonunun Xaldan kəndində yaşayıram. Həyatyanı sahəm və daşınmaz əmlakım var, başqa heç nəyim yoxdur. Cari ilin yanvar və ya fevral ayında cənab Prezidentin çıxışına qulaq asırdım. Prezident belə bir söz işlətdi ki, əmək pensiyasına çıxanlar 30 manata qədər əmlak vergisindən azad olunurlar. İndi mən bunu sübut edə bilmirəm. Məndən vergi istəyirlər, verginin ümumi məbləği 21 manatdır. Xahiş edirəm, mənə kömək edəsiniz. Belə bir sərəncam, yaxud qanun varmı və mənim hansı güzəştlərdən istifadə etmək hüququm var?Xıdır İBRAHİMOV,Mingəçevir şəhəri.- Vergi Məcəlləsinin 3.8. maddəsinə əsasən, heç bir şəxsin üzərinə həmin Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və Məcəllədə müəyyən edilməyən, yaxud Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergiləri ödəmək vəzifəsi qoyula bilməz.Vergilər yalnız Vergi Məcəlləsi ilə müəyyən edilir, onların dəyişdirilməsi və ya ləğv edilməsi də yalnız həmin Məcəlləyə dəyişiklik edilməsi ilə həyata keçirilir. Həmin Məcəllənin 8.1.2. maddəsinə əsasən, fiziki şəxslərin əmlak vergisi də yerli vergilərin (bələdiyyə vergilərinin) bir növüdür.Qanunvericilikdə başqa vergi güzəştləri ilə yanaşı, fiziki şəxslərdən tutulan əmlak vergisi üçün də bəzi kateqoriyadan olan şəxslər üçün güzəştlər nəzərdə tutulmuşdur.Adıçəkilən Məcəllənin 199.3. maddəsinə görə, binaların icarəyə, kirayəyə verildiyi, habelə sahibkarlıq və ya kommersiya fəaliyyəti ilə məşğul olmaq üçün istifadə edildiyi hallar istisna olmaqla, vergi Məcəlləsinin 102.2. maddəsində göstərilən şəxslərin, habelə pensiyaçıların və müddətli hərbi xidmət hərbi qulluqçularının və onların ailə üzvlərinin müddətli hərbi xidmət dövründə binalara görə ödəməli olduqları əmlak vergisinin məbləği 30 manat azaldılır.Məktubunuzdan məlum olur ki, 80-dən yuxarı yaşınız var. Əgər qeyd etdiyiniz daşınmaz əmlak (bina) öz mülkiyyətinizdədirsə və Siz pensiyaçı kateqoriyasına daxilsinizsə, onda əmlak verginizin məbləği Vergi Məcəlləsinə uyğun olaraq 30 manat azaldılmalıdır.Polis əməkdaşları tərəfindən hansı hallarda mənzil toxunulmazlığı hüququ məhdudlaşdırıla bilər?Rövşən NƏBİYEV,Bakı şəhəri.- Vətəndaşların mənzil toxunulmazlığı hüququ Konstitusiyamızın 33-cü maddəsində yer alıb. Burada deyilir: \ Hər kəsin mənzil toxunulmazlığı hüququ vardır.Qanunla müəyyən edilmiş hallar və ya məhkəmə qərarı istisna olmaqla, mənzildə yaşayanların iradəsi ziddinə heç kəs mənzilə daxil ola bilməz\ .Buna uyğun olaraq \ Polis haqqında\ qanunda polis əməkdaşları tərəfindən mənzil toxunulmazlığı hüququnun bəzi hallarda məhdudlaşdırılması nəzərdə tutulmuşdur.Qeyd olunan Qanuna (maddə 24) əsasən, polis əməkdaşları tərəfindən hər hansı şəxsin mənzil toxunulmazlığı hüququnun məhdudlaşdırılmasına və orada yaşayanların iradəsinə zidd olaraq mənzilə daxil olmasına yalnız hakimin qərarı olduqda və digər şəxslərin hüquq və azadlıqlarının qorunması, ictimai qaydanın və ictimai təhlükəsizliyin təmin olunması və yaxud ağır cinayətlərin, bədbəxt hadisələrin, təbii fəlakətlərin, qəzaların, epidemiyaların və epizootiyaların qarşısının alınması və onların nəticələrinin aradan qaldırılması məqsədilə təxirəsalınmaz tədbirlər həyata keçirildikdə yol verilir.Qanunvericilik hakimin qərarı olmadan mənzildə yaşayanların iradəsinə zidd olaraq mənzilə hansı hallarda daxil olmağı müəyyən etmişdir. Belə ki:1) mənzildə şəxsiyyət əleyhinə ağır cinayətin və ya xüsusi təhlükəli dövləti cinayətin törədilməsi;2) cinayət törətmiş, həbsdən və ya cəzaçəkmə müəssisələrindən qaçmış şəxsin həmin mənzildə gizlənilməsi;3) cinayət törətmiş şəxsin bilavasitə \ isti izlərlə\ təqib edilməsi;4) mənzildə insan meyitinin olması;5) mənzildə insan həyatı və ya sağlamlığı üçün real təhlükənin olması, habelə Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən, cinayət məsuliyyətinə səbəb ola bilən əxlaqsız hərəkətlərin edilməsi kimi əsaslardan birinin olduğu barədə dəqiq məlumatı və ya əsaslı şübhələri olduğu hallarda polis əməkdaşı mənzilə daxil ola bilər.Hakimin qərarı və qanunvericilikdə müəyyən edilmiş bu əsaslar olmadan mənzil toxunulmazlığı hüququnun məqsədəuyğunluq, müvəqqəti zərurilik və ya digər mülahizələrlə məhdudlaşdırılması qadağandır. Bu qaydaları pozmuş polis əməkdaşı Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyənləşdirilmiş məsuliyyət daşıyır.Yaxın qohumumun 67 yaşı var. O, xüsusilə ağır cinayət törətdiyinə görə saxlanılır. Deyirlər ki, onu ömürlük azadlıqdan məhrum etməyə bilərlər. Bu, mümkündürmü? Ömürlük azadlıqdan məhrumetmə kimlərə şamil olunmur?Şəmsəddin ABDULLAYEV,Ucar rayonu.- Cinayət törətməkdə təqsirli hesab edilən şəxslərə cəza tətbiq olunur ki, bu cəza növlərindən biri də ömürlük azadlıqdan məhrumetmədir.Cəza təyin olunmuş şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaranır və onun hüquq və azadlıqları məhdudlaşır.Cinayət Məcəlləsinin 42-ci maddəsində ömürlük azadlıqdan məhrumetmə cəzanın bir növü kimi nəzərdə tutulmuşdur. Bu cəza növü adıçəkilən Məcəllənin 57.1. maddəsinə əsasən, yalnız sülh və insanlıq əleyhinə, müharibə cinayətləri ilə əlaqədar, şəxsiyyət, ictimai təhlükəsizlik və ictimai qayda və dövlət hakimiyyəti əleyhinə törədilmiş, xüsusilə ağır cinayətlərə görə müəyyən edilir. Qeyd olunan cinayət əməllərinə görə məhkum olunmuş şəxslər üçün cəzaçəkmə müəssisəsi kimi həbsxanalar nəzərdə tutulur. Ömürlük azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş şəxslər digər məhkumlardan ayrı saxlanılırlar.Qüvvədə olan cinayət qanunu ömürlük azadlıqdan məhrumetmə cəzasının tətbiqi dairəsini məhdudlaşdırmışdır. Belə ki, bu cəza növü bəzi kateqoriyadan olan şəxslərə şamil olunmur.Cinayət Məcəlləsinin 57.2. maddəsinə əsasən, həmin kateqoriyadan olan şəxslər aşağıdakılardır:1. qadınlar,2. cinayət törədərkən on səkkiz yaşı tamam olmamış şəxslər,3. hökm çıxarılanadək altmış beş yaşına çatmış kişilər.Sizin qohumunuzun 67 yaşı olduğuna görə, qanunvericiliyin tələbinə əsasən, ömürlük azadlıqdan məhrumetmə cəzası verilə bilməz.İşçi tərəfindən işəgötürənə vurulan ziyanın məbləği işçidən necə tutulur?Məsum HEYBƏTOV,Şirvan şəhəri.- Əmək münasibətləri prosesində bəzən işçi tərəfindən müəyyən hərəkət və ya hərəkətsizlik nəticəsində işəgötürənə ziyan vurulur. İşəgötürənə dəymiş ziyanın məbləği faktik itkilər üzrə müəyyən edilir.İşəgötürənə vurulmuş ziyan işçi tərəfindən tam və ya qismən ödənilə bilər. Bu ziyanı ödəmək üçün işçiyə işəgötürən tərəfindən möhlət də verilə bilər.İşəgötürənə vurulmuş ziyanın məbləğinin işçidən tutulması qaydası Əmək Məcəlləsinin 205-ci maddəsi ilə tənzimlənir. Bu, iki halda olur: 1) işəgötürənin əmri əsasında, 2) məhkəmə qətnaməsi ilə.İşəgötürənə vurduğu ziyanın məbləği işçinin orta əməkhaqqından çox deyildirsə, onun tutulması işəgötürənin əmri (sərəncamı, qərarı) əsasında həyata keçirilir.Əgər ziyan işçi tərəfindən tam maddi məsuliyyət daşıdığı hallarda vurulmuşdursa, onun məbləği isə işçinin orta aylıq əməkhaqqından çoxdursa və işçi onu könüllü olaraq ödəməkdən imtina edirsə, onda işəgötürənin müraciəti əsasında həmin ziyan məhkəmə qaydasında ödənilə bilər (Əmək Məcəlləsi, maddə 205).Lakin qanunvericilikdə müəyyən edilmişdir ki, işçi ziyanın ödənilməsi barədə işəgötürənin əmri ilə (sərəncamı, qərarı) razı olmadıqda, o, ərizə ilə işəgötürənə və müəyyən edilmiş qaydada məhkəməyə müraciət edə bilər.Məhkəmə təqsirlilik dərəcəsini, konkret şəraiti, işçinin maddi vəziyyətini və iş üzrə əhəmiyyət kəsb edən digər halları nəzərə alaraq müəyyən edilmiş ziyanın məbləğini azalda və ya bu məbləğin azaldılması barədə tərəflərin barışıq sazişini təsdiq edə bilər.Deyirlər ki, sosial yardım təyin olunanda, hesablananda bəzi gəlirlər nəzərə alınmır. Bu, doğrudurmu? Hansı gəlirlər nəzərə alınmır?Şəmsəddin HÜSEYNZADƏ,Gəncə şəhəri.- Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi Qaydaları\ nın 5.24. bəndinə əsasən, ailənin orta aylıq gəliri hesablanarkən ailənin gəlirindən aşağıdakılar çıxılır:- vergi, sosial sığorta haqları və digər məcburi ödənişlər;- təbii fəlakət (sel, yanğın, epidemiya, zəlzələ, torpaq sürüşməsi), müharibə və digər gözlənilməz bədbəxt hadisələr zamanı dövlət və ya işəgötürən tərəfindən ailəyə göstərilmiş yardımın məbləği (dəyəri);- ailə üzvünə ödənilən birdəfəlik müavinətlər (uşaq doğularkən ödənilən birdəfəlik müavinət, dəfn üçün müavinət, radiasiya qəzasının ləğvində iştirak etmiş və həmin qəza nəticəsində zərər çəkmiş şəxslərə hər il müalicə üçün verilən müavinət);- ailə sosial yardım üçün təkrar müraciət etdikdə, ailənin gəliri hesablanan zaman əvvəlki dövr üçün ödənilən sosial yardımın məbləği.