Mükafata layiq görüldü


Baxıldı : 250

Tarix : 2015-11-14 01:43:00


Litvalı rejissor Aleksandras Brokasın rejissoru olduğu \ Endless Corridor\ (Sonsuz dəhliz) sənədli filmi ötən həftə Milan Beynəlxalq Film Festivalında \ Ən yaxşı montaj olunmuş sənədli film\ nominasiyasında mükafata layiq görülüb. Film yaradıcılarının fikrincə, \ Sonsuz dəhliz\ filminin Milan festivalının mükafatına layiq görülməsi Xocalı faciəsi haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması üçün yaxşı imkandır.Xatırladaq ki, Xocalı faciəsi haqqında bəhs edən \ Sonsuz dəhliz\ filmi bu il ərzində müxtəlif beynəlxalq kinofestivalların diqqət mərkəzində olub. ABŞ-da keçirilən \ Accolade Qlobal Film Competition\ müsabiqəsində \ Best of Show\ mükafatını aldıqdan sonra bu film daha iki nüfuzlu mükafata layiq görülüb.Belə ki, iyulun 10-da Madrid Tenerife Beynəlxalq Film Festivalları \ Sonsuz dəhliz\ filmini \ Ən yaxşı sənədli film\ və A.Brokası \ Ən yaxşı sənədli film rejissoru\ nominasiyası üzrə qalib elan edib.Filmin beynəlxalq uğuruna sevinən A.Brokas bu münasibətlə deyib: \ Bu mükafatları almaq mənim üçün böyük şərəfdir. Bu dəfə isə münsiflər heyətinin diqqəti \ Sonsuz dəhliz\ filminin müstəsna yaradıcı və texniki keyfiyyətində cəmlənmişdi. Mənimlə birgə çalışan yaradıcı komandaya və faciəvi hekayələrini mənimlə bölüşən Xocalı sakinlərinə təşəkkürümü bildirirəm. \ Sonsuz dəhliz\ filminə bu cür böyük beynəlxalq diqqətin olması onu göstərir ki, filmdə nəql edilən hekayələr heç bir insanı biganə qoya bilməz. Tarixin ağrılı dərsləri, nəhayət, öyrənilməli, ondan ibrət dərsi götürülməli və Xocalı faciəsi heç vaxt təkrarlanmamalıdır\ .\ Sonsuz dəhliz\ filminin \ Xocalıya ədalət!\ təbliğat-təşviqat kampaniyası çərçivəsində bu ilin fevral ayında İstanbul, Ankara, Roma, Vilnüs, London, Paris, Dublin, Berlin, Bern, Lüksemburq kimi şəhərlərdə təqdimatı keçirilib. İngilis dilində çəkilən film Leyla Əliyevanın təşəbbüsü ilə Azərbaycan, türk, fransız, italyan və alman dillərinə subtitrlərlə tərcümə edilib, rus dilində isə dublyaj olunub.CAVİD