Mükafatlandırılma mərasimi olub


Baxıldı : 357

Tarix : 2015-01-10 04:12:00


Bakı Dövlət Universitetinin Tələbə Həmkarlar İttifaqı Komitəsi (THİK) tərəfindən təşkil olunan \ İlin ən yaxşı tələbəsi\ müsabiqəsinin qaliblərinin mükafatlandırılma mərasimi olub.Tədbirdə universitet ictimaiyyəti, Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin (YAP GB) sədri Seymur Orucov və mükafata layiq görülmüş tələbələr iştirak edib. BDU-nun rektoru, akademik Abel Məhərrəmov universitetdə bu cür müsabiqələrin keçirilməsinin əhəmiyyətindən danışıb. O, qalib tələbələri bu fəxri ada hər zaman sadiq qalmağa çağırıb.Tədbirdə YAP GB-nin sədri Seymur Orucovun,THİK-in sədri Daşqın Qənbərovun və başqalarının çıxışları dinlənilib.Sonda rektor Abel Məhərrəmov müsabiqədə qalib gəlmiş tələbələrə diplom və qiymətli hədiyyələr təqdim edib.Qeyd edək ki, hər il Bakı Dövlət Universitetində keçirilən \ İlin ən yaxşı tələbəsi\ müsabiqəsi 2 mərhələdən ibarətdir. I tur real, II tur isə virtual şəkildə aparılır. Müsabiqə iştirakçıları tələbələrin ictimai fəallığına və tədris uğurlarına görə müəyyən olunur.Bu il 229 tələbə \ İlin ən yaxşı tələbəsi\ adına layiq görülüb.B.RZAYEV