Əməkdaşlıq protokolu


Baxıldı : 246

Tarix : 2015-11-20 04:38:00


Məmməd Səid Ordubadinin Xatirə Muzeyi və MİRAS Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyinin birgə təşkilatçılığı ilə Konstitusiya Gününə həsr olunmuş \ Mədəni irsin ictimailəşməsi\ mövzusunda seminar keçirilib. Tədbirdə Məmməd Səid Ordubadinin Xatirə Muzeyinin, Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin əməkdaşları, MİRAS İctimai Birliyinin üzvləri və media nümayəndələri iştirak ediblər.Seminarı Məmməd Səid Ordubadinin Xatirə Muzeyinin direktoru Lalə Abas-zadə açıb. O, Məmməd Səid Ordubadinin Xatirə Muzeyi ilə MİRAS İctimai Birliyinin əməkdaşlığını yüksək qiymətləndirib, imzalanan əməkdaşlıq protokolunun uğurlu olacağına ümid etdiyini deyib. Muzeyin elmi işçisi İradə Vəliyeva görkəmli ictimai xadim və yazıçı Məmməd Səid Ordubadinin həyat və fəaliyyəti haqqında məlumat verib. MİRAS İctimai Birliyinin sədri, tarix üzrə fəlsəfə doktoru Fariz Xəlilli muzey rəhbərliyinə belə bir mühüm gündə tədbiri həyata keçirməyə razılıq verdikləri üçün öz minnətarlığını bildirib, birlik haqqında qısa məlumat verib, mədəni irsin ictimailəşməsi mövzusunda çıxış edib. Sonda MİRAS İctimai Birliyi ilə Məmməd Səid Ordubadinin Xatirə Muzeyi arasında Akademik əməkdaşlıq protokolu imzalanıb.AZƏR