Əməkhaqqının ikiqat artırılması


Baxıldı : 290

Tarix : 2015-02-28 03:27:00


Birmada toxucu fabriklərinin bir neçə min işçisi əlavə iş saatları üçün verilən əməkhaqqının ikiqat artırılmasını tələb ediblər. Belə ki, fabrik sahibləri və həmkarlar ittifaqlarının nümayəndələri arasında aparılan danışıqlar iflasa uğradığından aksiya keçirilməsi qərara alınıb.Bir çox müəssisənin əməkdaşları ölkənin ən iri şəhəri Yanqon yaxınlığında yerləşən sənaye zonalarında düşərgə qurublar. Belə aksiyalar Birma üçün çox nadir haldır. Son illərdə ölkənin toxucu sektorunun həcmi əhəmiyyətli dərəcədə artmışdır. Müşahidəçilərin fikrincə, Birma toxuculuq məhsullarının istehsalının ucuzluğuna görə Banqladeşi keçərək dünyada ilk pilləni tutmağa yaxındır. Qeyd edək ki, hazırda işçilərə bir iş saatına görə 17 ABŞ senti ödənilir.Elçin ZAKİRİ