Əməkhaqqı nəticələrdən asılı olacaq


Baxıldı : 247

Tarix : 2015-10-30 05:16:00


Diaqnostik qiymətləndirmə məqsədilə müəllimlər ilin sonunadək imtahan verəcəklər. Amma əsas məsələ ondan sonra başlayacaq. Söhbət sertifikatlaşdırmadan gedir. Diaqnostikadan yaxşı nəticə əldə etməyənlər sertifikatlaşdırmadan sonra işini itirə bilər.İlin sonunadək daha 3 şəhər və 9 rayonda müəllimlərin diaqnostik qiymətləndirilməsi həyata keçiriləcək. Bununla da diaqnostik qiymətləndirmə prosesi bütün ölkə müəllimlərini əhatə etmiş olacaq.Diaqnostika başa çatdıqdan sonra müəllimlərin sertifikatlaşması, başqa sözlə, attestasiyasına start veriləcək. Prosesin daha geniş formatda olması düşünülür. Nəzərdə tutulur ki, müəllimlər test imtahanı ilə yanaşı, həm də müsahibə mərhələsindən də keçsinlər. Bəzi müəllimlərdən isə bilik və bacarıqlardan başqa qabiliyyət imtahanının veriməsi də tələb oluna bilər.Diaqnostikada yaxşı nəticə göstərməyən müəllimlərə sertifikatlaşma prosesinə qədər öz üzərində işləmək üçün şans verilir.Nəticələrinə uyğun da müəllimlərin əməkhaqlarının artacağı gözlənilir.Günel RAFAYILQIZI