Əməli kömək göstərilib


Baxıldı : 180

Tarix : 2015-01-31 04:31:00


39 ilk təşkilatın artıq 15-də hesabat-seçki yığıncaqları başa çatıb. Bu məlumatı müxbirimizə telefonla Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Hacıqabul Rayon Komitəsinin sədri Kifayət Əmirbəyova verdi. Dedi ki, seçki kampaniyası ərəfəsində ilk təşkilatlarda maarifləndirmə işləri aparılmışdır.TİAHİ-nin seçkilərlə əlaqədar 2014-cü il 30 oktyabr tarixli qərarından irəli gələn vəzifələr izah edilmiş, sənədləşdirmə qaydalarına dair suallar cavablandırılmışdır. Məsləhət görülmüşdür ki, komitə üzvləri və təşkilat sədrləri seçilərkən gender bərabərlyi pozulmasın, ən ləyaqətli gənclərə üstünlük verilsin, keçirilmiş seminarlarda bütün ilk təşkilat liderlərinin, fəallarının iştirakı təmin edilmişdir. Bundan əlavə, onlara təşkilati, metodiki köməklik göstərilmişdir.Rayon komitəsi inanır ki, digər ilk təşkilatlarda da yığıncaqlar sahə Hİ Respublika Komitəsinin hesabat-seçkilərin keçirilməsi qaydası haqqında təlimatına uyğun baş tutacaqdır.B.RZAYEV