Müəllimlərin islahatlara qarşı etirazı


Baxıldı : 253

Tarix : 2015-02-14 04:20:00


Meksikada minlərlə müəllim təhsil sistemindən narazılıq edərək paytaxtın mərkəzi meydanını əhatəyə alıb.Pedaqoji işçilərin həmkarlar ittifaqının nümayəndəsi Ruben Nunyes hökumətin mövcud problemlərə diqqət yetirmədiyini və müəllimlərin hüquqlarının qorunmadığını qeyd edib. Təhsil sistemində aparılan son islahatlar həmkarlar ittifaqlarının və müəllimlərin hüquqlarını məhdudlaşdırır.\ Üzümüzü bütün ictimai təşkilatlara, eləcə də ölkənin digər sahələrində çalışan əməkçilərinə tuturuq. Bizi dəstəkləyin. Bu aksiya Meksikada işçilərin hüquqlarının qorunmasına yönəlib\ , - deyərək həmkarlar ittifaqı nümayəndəsi bildirib.Elçin ZAKİRİ