Müəllimlərin peşə standartları müəyyənləşdirilir


Baxıldı : 328

Tarix : 2015-11-20 04:44:00


Azərbaycan Respublikasının Təhsil Nazirliyinin dəstəyi ilə \ İnkişaf\ Elmi Mərkəzi tərəfindən \ Müəllimlər üçün peşə standartlarının hazırlanması\ layihəsi həyata keçirilir. Bakı Şəhəri üzrə Təhsil İdarəsinin İctimaiyyətlə Əlaqələr Sektorundan verilən məlumata görə, pilot layihə çərçivəsində müəllimlərin peşə standartları müəyyənləşdiriləcək.Hazırlıq prosesində olan standartlar üzərində təcrübə aparılır, peşəkarların fikirləri öyrənilir. Eyni zamanda hazırlanmış peşə standartlarının obyektivliyini və validliyini müəyyənləşdirmək məqsədilə müəllimlər tərəfindən anonim qiymətləndirilməsi də nəzərdə tutulur.Bu məqsədlə 20 noyabr tarixində ümumtəhsil məktəblərinin Azərbaycan bölməsində dərs deyən 500 nəfər Azərbaycan dili və 500 nəfər riyaziyyat müəllimləri 2 mərkəzdə (18 və 220 nömrəli tam orta məktəblər) toplanaraq peşə standartlarının müəyyənləşdirilməsində və anonim qiymətləndirilməsində iştirak ediblər.Bu standartlar \ Azərbaycanda Müəllimlərin Peşəkarlıq Səviyyəsinin Artırılması Sistemi\ nin yaradılması və həyata keçirilməsi üçün perspektiv yolların göstərilməsinə xidmət edəcək və Azərbaycan müəllimlərinin inkişafına böyük təkan verəcək.Eyni zamanda müəllimlərin peşə standartlarının hazırlanması Azərbaycanda müəllim heyətinin müasir tələblərə cavab verməsində rol oynayacaqdır. Bu standartların hazırlanması müəllim kompetensiyalarının inkişafının istiqamətləndirilməsinə, müəllim peşəsinin nüfuzunu artırılmasına zəmin verəcək, həmçinin hər bir müəllimə dünya təcrübəsinə yiyələnmək imkanı yaradacaq.Qeyd edək ki, layihənin icrası müddətində dərslərin müşahidəsi və hədəf qruplarda müzakirələrin keçirilməsi nəzərdə tutulub.