Məmurlar gəlir bəyannamələrini təqdim edəcək


Baxıldı : 204

Tarix : 2016-05-13 05:48:00


Azərbaycanın dövlət məmurlarının yaxın vaxtlarda gəlir bəyannamələri tətbiq etməsi nəzərdə tutulur. Hökumət məmurları arasında gəlirlər haqqında bəyannamənin doldurulmasını tətbiq etməklə və digər təsirli tədbirləri həyata keçirməklə korrupsiya əleyhinə fəaliyyəti gücləndirmək məqsədi güdür. Prezident İlham Əliyevin imzaladığı sərəncamla təsdiq edilən \ Açıq hökumətin təşviqinə dair 2016-2018-ci illər üçün Milli Fəaliyyət Planı\ na əsasən, dövlət məmurlarının gəlirlərinin açıqlığının təmin edilməsi nəzərdə tutulub.Konstitusiya Araşdırmalar Fondunun rəhbəri, \ Açıq hökumətin təşviqi\ koalisiyasının üzvü Əliməmməd Nuriyevin sözlərinə görə, vəzifəli şəxslərin gəlirlərini bəyan edən mexanizmin qüvvəyə minməsi üçün güclü hüquqi zəmin formalaşıb. Qaydalara əsasən, məmurların gəlir bəyannamələrinin formaları Nazirlər Kabineti tərəfindən hazırlanmalıdır. Hökumət bəyannamə formalarını hazırlayıb təsdiq etdikdən sonra proses başlana bilər. Ekspert hesab edir ki, bu qaydaların icrası məmurların fəaliyyətinin şəffaflaşmasına səbəb olacaq. Gəlir bəyannaməsi mühüm bir alətdir və bu, vəzifəli şəxslərin gəlirlərinin dinamikasını öyrənməyə imkan verir, eyni zamanda qanunsuz varlanmanın qarşısını alır.ELBRUS