Mən Şər...


Baxıldı : 332

Tarix : 2016-05-27 08:56:00


Mən Şərur rayon İbadulla kənd orta məktəbinə 22 sentyabr 2015-ci ildə 642 saylı əmrlə müəllim təyin olunmuşam, beş aydan sonra analıq məzuniyyətinə çıxmışam. Dövlət Sosial Müdafiə Fondu və Rayon Təhsil Şöbəsi mənim altı ay iş stajım olmadığı üçün xəstəlik vərəqəsinin pulunu ödəmədi. Xahiş edirəm, bu məsələyə aydınlıq gətirəsiniz. Əyani təhsil ümumi staja hesablanırmı? Həm də bildiyiniz kimi, analıq məzuniyyəti 56 və 70 gün olmaqla pul vəsaiti ödənilir. Mənə 70 günün pul vəsaiti də verilə bilməz? Uşaq pulu və haqqı qismən ödənilən məzuniyyət pulu verilə bilərmi?Göyçək ABDULLAYEVA,Şərur rayonu.-Hamiləliyə və doğuşa görə müavinətlər məcburi dövlət sosial sığorta haqları hesabına verilən müavinətlərdir. Bu müavinətlər təyin olunarkən sosial sığorta stajı kimi \ Sosial sığorta haqqında\ qanunun 8-ci maddəsinə əsasən, sığortaolunanın xeyrinə məcburi dövlət sosial sığorta haqqı ödənilən əmək fəaliyyəti dövrlərinin ümumi müddəti nəzərə alınır. \ Məcburi dövlət sosial sığortası üzrə ödəmələrin və əmək qabiliyyətini müvəqqəti itirmiş işçilərə sığorta edənin vəsaiti hesabına ödənilən müavinətin hesablanması və ödənilməsi haqqında\ Əsasnamənin 3-cü və 25-ci hissələrinə əsasən, əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət və hamiləliyə və doğuşa görə müavinət almaq hüququ ən azı 6 ay sosial sığorta stajı olan şəxslərə şamil edilir.Eyni zamanda \ Sosial sığorta haqqında” qanunda məcburi dövlət sosial sığorta haqları hesabına verilən sosial sığorta ödəmələrinin məbləğləri də məcburi dövlət sosial sığorta haqları hesablanmayan gəlir növləri kimi göstərilmişdir. Həm Əsasnamənin, həm də Qanunun qeyd etdiyimiz müddəalarından görünür ki, hamiləliyə və doğuşa görə verilən müavinətdən (istər 56 gün, istərsə də 70 gün) məcburi dövlət sosial sığorta haqqı tutulmur. Qeyd edilən əsasnamənin 64-cü bəndinə (2011-ci ildə edilən dəyişiklikdən sonra) əsasən, 126 gün ayrı-ayrılıqda verilmir və 56 gündən sonra Siz işə çıxıb sığorta stajı qazanmırsınız. Deməli, 126 günlük xəstəlik vərəqəsinin müddəti sosial sığorta stajına daxil olmur və buna görə də Sizə 70 günün pul vəsaiti də ödənilə bilməz. Çünki xəstəlik vərəqələri verilən günə qədər sosial sığorta stajınız 6 aydan az olmuşdur. Uşağın anadan olmasına görə birdəfəlik müavinət (Sizin yazdığınız \ uşaq pulu\ ) uşaq doğularkən qanunvericilikdə müəyyən edilmiş məbləğdə, lakin uşağın doğumu qeydə alındıqdan sonra verilir. Bu müraciət həm işləyən, həm də işləməyən valideynlərə verilir ki, bu nə sığorta stajından, nə də məcburi dövlət sosial sığorta haqqı ödəməkdən asılı deyil. 2016-cı il fevral ayının 1-dən etibarən doğulan uşaqlar üçün bu məbləğ 99 manat müəyyən edilmişdir. Lazım olan sənədləri iş yerinə təqdim etməlisiniz. Bundan sonra Sizə birdəfəlik müavinət təyin edilib DSMF-in rayon şöbəsi tərəfindən ödəniləcəkdir.Sizi maraqlandıran digər məsələ uşağın 3 yaşı tamam olanadək ona qulluq etməyə görə verilən müavinət olduğu üçün bildiririk ki, uşağa bilavasitə qulluq edən valideynlərdən biri, yaxud ailənin başqa üzvü uşağın üç yaşı tamam olanadək ona qulluq etmək üçün qismən ödənişli sosial məzuniyyət almaq hüququna malikdirlər. Həmin məzuniyyət qadına onun arzusuna görə tam və ya hissə-hissə verilə bilər. Belə növ məzuniyyətə çıxmaq istəyirsinizsə, ərizə ilə işəgötürənə müraciət etməyiniz kifayətdir. Qüvvədə olan qanunvericiliyə görə, uşaq yaşyarımına çatanadək hər ay 40 manat, 3 yaşına çatanadək qalan dövr üçün 25 manat müavinət veriləcəkdir.Əyani təhsilin ümumi staja daxil olması haqqında sualınızla əlaqədar bildiririk ki, qanunvericilikdə ümumi staj yox, sosial sığorta stajı ifadəsi işlədilir ki, əyani təhsil də sosial sığorta stajına daxil deyil. Bu staj nə Siz hamiləliyə və doğuşa görə məzuniyyətə çıxanda, nə də pensiya stajına hesablanmır. Lakin 126 gün hamiləliyə və doğuşa görə məzuniyyət sosial sığorta stajına hesablanmasa da, \ Əmək pensiyaları haqqında\ qanunun 21.2.9. maddəsinə əsasən, əmək qabiliyyətinin müvəqqəti itirilməsi müddəti ərzində həm işəgötürənin vəsaiti, həm də məcburi dövlət sosial sığortası vəsaitləri hesabına müavinətlərin alındığı müddətlər sığortaolunanın sığorta stajına daxil olur və pensiya üçün staja hesablanır. 1994-1995-ci illərdə kənddə, açıq sahədə, düzənlik yerdə 10-15 sot torpaq sahəsi tutub yüngül bir ev tikmişəm. Buradan elektrik xətti, dəmir yolu keçmir, abidə və dövlət əhəmiyyətli obyekt də yoxdur.İndi kənd bələdiyyəsi deyir ki, sən cinayət etmisən, səni hüquq-mühafizə xidmətinə verəcəyik. Bunu əsas gətirir ki, Prezident 2015-ci ilin sentyabrında \ Torpaq haqqında\ sərəncam verib. Zəbt olunmuş torpaqların \ sahibləri\ məhkəmə qarşısında cavab verməlidir. Ya cinayət işi açılmalı, ya da 8 min manat cərimə olunmalıdır.İndi mən bilmək istəyirəm, bu sərəncam (bəlkə də fərman) 10-15 il və daha çox illər torpağı tutub sənədləşdirməyənlərə aiddirmi?Əmir HACIBALA,Cəlilabad rayonu.- Respublikamızda torpaq sahəsi üzərində dövlət, bələdiyyə və xüsusi mülkiyyət növləri mövcuddur. Bütün mülkiyyət növləri bərabər hüquqludur və dövlət tərəfindən qorunur.Məktubunuzdan məlum olur ki, üzərində ev tikdiyiniz torpaq sahəsi bələdiyyə mülkiyyətinə aiddir. Torpaq üzərində bələdiyyə mülkiyyəti \ Torpaq islahatı haqqında\ qanuna uyğun olaraq bələdiyyə mülkiyyətinə ayrılan torpaqlar, habelə qanunvericiliklə müəyyən edilmiş qaydada başqa torpaq mülkiyyətçilərindən bələdiyyələrə keçən torpaqlar hesabına yaranır ki, bu torpaqlara da sərəncam verilməsini, həmin torpaqların istifadəsi və mühafizəsi sahəsində idarəetməni bələdiyyələr həyata keçirir. Odur ki, qanunsuz tutduğunuz bələdiyyəyə aid olan torpaq sahəsinin boşaldılması haqqında kənd bələdiyyəsi Sizi düzgün xəbərdar etmişdir. Belə ki, Torpaq Məcəlləsinin 111-ci maddəsinə əsasən, Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan edilir.Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır.Torpaqların əvvəlki vəziyyətə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir.Qanunvericilik torpaq üzərində mülkiyyət, istifadə və ya icarə hüququnu pozmağa görə cinayət məsuliyyəti də müəyyən etmişdir.Nəzərinizə çatdırırıq ki, Sizin məktubunuzda qeyd etdiyiniz Prezident tərəfindən 2015-ci ilin sentyabrında imzalanmış sərəncam (fərman) deyil, Cinayət Məcəlləsinin 188-ci maddəsinə olan dəyişiklikdir. Qeyd olunan maddəyə 2015-ci il sentyabrın 9-da 1336-IV QD nömrəli Qanunla dəyişiklik edilmiş və \ Torpaq üzərində mülkiyyət, istifadə və ya icarə hüququnu pozma\ adlanan maddə aşağıdakı redaksiyada verilmişdir:188.1. Qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan torpaq sahəsini özbaşına hasarlama, becərmə və ya dəyişdirmə, yaxud həmin torpaq sahəsini başqa üsullarla özbaşına tutma -səkkiz min manatdan on min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.188.2. Qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan torpaq sahəsi üzərində özbaşına tikinti və ya quraşdırma işlərini aparma - bir ildən üç ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.188.3. Bu Məcəllənin 188.1-ci və 188.2-ci maddələrində nəzərdə tutulmuş əməllər kənd təsərrüfatı təyinatlı torpaqlara münasibətdə törədildikdə - üç ildən beş ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.188.4. Bu Məcəllənin 188.1-188.3-cü maddələrində nəzərdə tutulmuş əməllər:188.4.1. təkrar törədildikdə;188.4.2. şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə - beş ildən səkkiz ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.Qanunun tələbləri baxımından bələdiyyə sədrinin dediyi kimi, torpaq sahəsini özbaşına tutduğunuza görə, Sizə cərimə və ya azadlıqdan məhrumetmə cəzası tətbiq oluna bilər.Həftənin bazar günü ezamiyyətə gedirəm, bilmək istəyirəm, mənə istirahət gününə görə əlavə haqq ödənilməlidirmi?Vəli ƏSƏDOV,Sumqayıt şəhəri.- Ezamiyyətlə bağlı münasibətlər Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən 18 yanvar 2012-ci il Q-01 saylı qərarla təsdiq edilmiş \ İşçilərin Ezamiyyə Qaydaları\ ilə nizama salınır. Həmin Qaydaların 9-cu bəndinə əsasən, ezamiyyətdə olduğu vaxt, o cümlədən yolda olduğu vaxt üçün ezam olunan işçinin əsas iş yeri (vəzifəsi) və orta əməkhaqqı saxlanılır.Təşkilat rəhbərinin tapşırığı ilə işçinin ezamiyyətə getdiyi və ezamiyyətdən qayıtdığı gün (günlər) istirahət və ya iş günü hesab edilməyən bayram gününə (günlərinə) düşərsə, həmin gün (günlər) üçün işçiyə əmək qanunvericiliyi ilə müəyyən edilmiş qaydada əlavə əməkhaqqı və ya əlavə istirahət günü (günləri) verilir.Ezam olunan işçilərə ezam olunduqları təşkilatların iş vaxtının rejimi və istirahət vaxtı tətbiq edilir.