Mənim mü...


Baxıldı : 291

Tarix : 2016-04-30 06:22:00


İşlədiyim müəssisədə kollektiv müqavilə bağlamaq istəyirik. Xahiş edirəm, kollektiv müqavilənin hazırlanması və bağlanmasının qaydasını izah edərdiniz.Arzu QASIMOVA,Sumqayıt şəhəri.- Kollektiv müqavilənin hazırlanması ilk növbədə kollektiv danışıqlar aparılması hüququ ilə bağlıdır. Bu hüquq Əmək Məcəlləsinin 25-ci maddəsində təsbit edilmişdir. Həmin maddəyə görə, kollektiv müqavilənin və sazişin hazırlanması, bağlanması və onlarda dəyişikliklər edilməsi üçün kollektiv danışıqlar aparmaq təşəbbüsünə səlahiyyətləri daxilində həmkarlar ittifaqları təşkilatları, əmək kollektivləri, işəgötürənlər, müvafiq icra hakimiyyəti və işəgötürənlərin nümayəndəli orqanları malikdirlər.Əmək Məcəlləsi kollektiv danışıqların aparılması qaydasını ətraflı şəkildə müəyyən etmişdir. Təşəbbüskar tərəf danışıqların başlanması haqqında digər tərəfi yazılı surətdə xəbərdar edir. Xəbərdar olunan tərəf on gündən gec olmayaraq danışıqlara başlamağa borcludur. Əgər müəssisədə həmkarlar ittifaqları təşkilatı (birliyi) yoxdursa, onda bu məsələ ilə əmək kollektivi məşğul olur. Kollektiv müqavilənin şərtlərinin hazırlanması məqsədilə kollektiv danışıqların aparılmasından boyun qaçırmağa yol verilmir. Bu hal qanunun tələblərinin kobud şəkildə pozulması kimi qiymətləndirilir. İnzibati Xətalar Məcəlləsinin 201-ci maddəsinə əsasən, kollektiv müqavilənin (sazişin) bağlanmasından əsassız olaraq imtina edilməsinə görə min beş yüz manat məbləğində cərimə nəzərdə tutulur. Kollektiv müqavilənin və ona dəyişikliklərin layihəsinin hazırlanması məqsədilə danışıqlar aparmaq üçün tərəflər müvafiq səlahiyyətlər verilmiş bərabərsaylı nümayəndələrdən ibarət komissiya yaradırlar. Komissiyanın tərkibi, danışıqların gündəliyi, keçirilmə yeri və müddəti tərəflərin birgə qərarı ilə müəyyən edilir.Kollektiv müqavilənin müddətinin qurtarmasına üç ay qalmış danışıqlara başlanılması haqda tərəflərdən biri digərini yazılı surətdə xəbərdar etməlidir. Müqavilənin layihəsinin hazırlanması üçün tərəflərin razılığı ilə bərabərhüquqlu nümayəndələrdən ibarət komissiya yaradılır. Müqavilənin məzmununu təşkil edən məsələlərin seçilməsi və onların müzakirəsində danışıqlarda iştirak edən tərəflərə tam sərbəstlik verilir.Kollektiv müqavilə imzalandığı və ya müqavilədə göstərilən gündən qüvvəyə minir və bir ildən üç ilədək müddətə bağlanıla bilər.Bir müəssisədə uzun müddət işləmiş işçinin ailəsinə həmin müəssisənin müdiriyyəti və həmkarlar ittifaqı komitəsinin birgə qərarı ilə 1996-cı ildə yataqxanada 3 otaqdan ibarət yaşayış sahəsi verilmişdir. Hazırda işçinin ailəsi faktiki olaraq 1 otaqda yaşayır, digər 2 otaqda isə məcburi köçkünlər yaşayırlar. Ailə üzvlərinin hamısı indi yetkinlik yaşındadır. 1 otaq isə ailə üçün çox darısqal və dözülməzdir. Lakin buna baxmayaraq, bu yaxınlarda mənzil-istismar sahəsindən bildiriblər ki, müəssisə tərəfindən ailəyə ayrılan otaqların 2-də müvəqqəti yerləşmiş məcburi köçkünlər 1996-cı ildə verilmiş orderin etibarsız hesab edilməsi haqqında məhkəməyə iddia ərizəsi veriblər. Həmin order məhkəmə tərəfindən etibarsız sayıla bilərmi?Tamilla BAĞIROVA,Bakı şəhəri.- Yataqxanalarda yaşayış sahələri xüsusi təyinatlı mənzil fondunun yaşayış sahələrinin bir növüdür. Mənzil Məcəlləsinin 93.1. maddəsinə əsasən, yataqxanalarda yaşayış sahələri vətəndaşların işlədiyi, xidmət keçdiyi və təhsil aldığı müddət ərzində yaşaması üçün nəzərdə tutulur.Sorğunuzda yaşayış sahəsini verən müəssisə və qaldığınız yataqxana barəsində, eyni zamanda məcburi köçkünlərin orada məskunlaşdığı tarix barədə məlumatlar yoxdur və mübahisə artıq məhkəmə predmetidir. Qeyd etdiyiniz orderin etibarsız sayılması məhkəmə qərarı ilə həll olunacağından biz sorğuya cavab verə bilmirik. Çünki məhkəmə qərarları Azərbaycan Respublikası adından çıxarılır və icrası hamı üçün məcburidir.Nəzərinizə çatdırırıq ki, Mülki Məcəllədə mənzil hüquqlarının müdafiəsinin də qanunvericilikdə nəzərdə tutulmuş hallarda məhkəmə tərəfindən həyata keçirilməsi qaydaları müəyyənləşdirilmişdir. 9.2.2. maddəyə əsasən, mənzil hüququnun pozulmasınadək mövcud olan vəziyyətin bərpası və bu hüququ pozan və ya onun pozulması təhlükəsini yaradan hərəkətlərin qarşısının alınması üçün məktubunuzda qeyd etdiyiniz ailə də məhkəməyə müraciət edə bilər.Notariuslara hər hansı bir məhdudiyyət tətbiq olunurmu? Onlar sahibkarlıq fəaliyyəti ilə məşğul ola bilərlərmi?Cəlal DƏMİROV,Gəncə şəhəri.- Notariusların hansı fəaliyyətlə məşğul ola bilmələri \ Notariat haqqında\ qanunda qeyd edilmişdir. Qanunvericiliyin tələblərinə əsasən, notariusların notariat fəaliyyəti ilə məşğul olduqları müddətdə elmi, pedaqoji və yaradıcılıq fəaliyyətləri ilə məşğul olmaları üçün heç bir məhdudiyyət qoyulmur. Lakin Qanunun 6-cı maddəsinə əsasən, notariusa sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq və digər haqqı ödənilən işləri yerinə yetirmək qadağandır.Dövlət notariusu və ya xüsusi notarius kimi fəaliyyət göstərməyindən asılı olmayaraq, notarius işlədiyi dövrdə onlar hər hansı siyasi partiyada öz fəaliyyətlərini dayandırmalı, Ədliyyə Nazirliyi tərəfindən təsdiq edilmiş Notariusun etik davranış Kondeksinin tələblərinə riayət etməlidir.Dövlət notariusuna \ Ədliyyə orqanlarında qulluq keçmə haqqında\ qanunla müəyyən edilmiş məhdudiyyətlər də tətbiq edilir.Orta məktəbdə müəllimə işləyən bir qadın ərinə xəyanətkarlıq edirsə, əri bu işi sübuta yetirib görüləcək tədbiri hüquqi çərçivədə həll etmək qərarına gəlsə, qadını hansı cəzalar gözləyir? Onun məktəbdə müəllimə kimi qalıb işləməsi mümkündürmü?M. ALIYEV,Qazax rayonu.- Ailə Məcəlləsində nikahın bağlanması qaydası və nikaha xitam verilməsi (boşanma) qaydaları müəyyən edilmişdir.Adıçəkilən Məcəllədə nikaha xitam verilməsi əsasları, qaydası, bu prosesi həyata keçirən orqanlar, ər-arvadın hər ikisinin razı olduğu və ya razı olmadığı hallarda nikahın pozulması qaydaları və sair göstərilsə də, nikahın pozulması səbəbləri qeyd edilməmişdir. Lakin nikahın pozulması müxtəlif şəraitdə müxtəlif səbəblər üzündən baş verə bilər. Təcrübədə ailə xəyanəti (ər və ya arvad tərəfindən), qarşı tərəfin spirtli içkilərdən və ya narkotik vasitələrdən istifadə etməsi, həyata baxışlarının müxtəlif olması, maliyyə münaqişələri və sair səbəblər ailənin dağılmasına gətirib çıxarır ki, bu zaman da qanunvericiliyə uyğun olaraq qarşı tərəf ya Qeydiyyat Şöbəsinə, ya da iddia ərizəsi ilə məhkəməyə müraciət edir. Təcrübədə ailə xəyanətinə rast gəlinsə də, bunun üçün qadını və ya kişini hər hansı bir cəza gözləmir. Çünki qanunvericilikdə belə bir hal üçün cəza müəyyən edilməmişdir.Qeyd etdiyiniz halda hüquqi müstəvidə (hüquq çərçivəsində) görüləcək tədbir nikahın ləğv edilməsidir.Nəzərinizə çatdırırıq ki, ailə xəyanəti səbəbindən hər hansı bir təşkilatda, eləcə də məktəbdə çalışan işçi (müəllimə) ilə əmək müqaviləsinə xitam verilə biləcəyi haqqında Əmək Məcəlləsində, \ Təhsil haqqında\ qanunda, \ Təhsil prosesi iştirakçılarının etik standartlar modeli\ ndə, eləcə də Təhsil Nazirliyi tərəfindən 16 may 2014-cü il tarixdə 600 nömrəli əmrlə təsdiq olunmuş \ Müəllimlərin etik davranış qaydaları\ nda heç bir müddəa nəzərdə tutulmamışdır.