Mənzil şəraiti yaxşılaşdırılır


Baxıldı : 254

Tarix : 2016-07-22 01:17:00


\ Azərbaycanda məcburi köçkünlərin mənzil şəraitinin yaxşılaşdırılması, eyni zamanda onların mənzillə təmin edilməsi əsas prioritet məsələlərdən biridir. Ölkəmizdə son illər məcburi köçkünlərin mənzil təminatının yaxşılaşdırılması istiqamətində uğurlu addımlar atılmaqdadır\ . Bunu iqtisadçı-ekspert Vüqar Bayramov deyib.Ekspet bildirib ki, Bakı və Bakı ətrafında (Masazırda) məcburi köçkünlərin mənzil təminatının yaxşılaşdırılması üçün binalar inşa olunur: \ Həmin binalarda 1000-dən artıq ailə mənzillə təmin olunub. Bu da Bakıda yaşayan məcburi köçkünlərin mənzillə təminatına şərait yaradır. Regionlarda da bu istiqamətdə uğurlu işlər həyata keçirilir\ .İqtisadçı qeyd edib ki, məcburi köçkünlərin mənzil şəraitinin yaxşılaşdırılması üçün həm dövlət büdcəsindən, həm də Dövlət Neft Fondundan maliyyə vəsaiti ayrılır: \ 2001-2015-ci illər arasında Dövlət Neft Fondu hesabına 2,8 milyon kvadratmetr sahəsi olan, eləcə də müasir infrastruktura malik 89 müasir qəsəbə salınıb. Bu da o deməkdir ki, 500 minə yaxın ailə və ya 240 min qaçqın və məcburi köçkünün mənzil şəraiti yaxşılaşdırılıb. Buna uyğun olaraq məcburi köçkünlər üçün tikilən binaların yaxınlığında 150-yə yaxın məktəb, 60-a yaxın uşaq bağçası, 56 tibb məntəqəsi, eləcə də digər mərkəzlər inşa edilib. Son fərmanlar onu göstərir ki, məcburi köçkünlər üçün inşa edilən binaların tikintisi davam etdiriləcək\ .V.Bayramov əlavə edib ki, Azərbaycanda məcburi köçkünlərə tətbiq edilən təhsil və digər məsələlərlə bağlı güzəştlər də davam etməkdədir: \ Bu, çox təqdirəlayiq haldır. Hesab edirəm ki, növbəti illərdə də bu güzəştlərin qorunub saxlanılmasına ehtiyac var. Statistikaya diqqət etsək görərik ki, güzəştlər tətbiq olunduqdan sonra təxminən 9 mindən çox məcburi köçkünün ali məktəblərdə pulsuz təhsili təmin edilib. Bu isə o deməkdir ki, dövlət məcburi köçkünlərin pulsuz təhsili üçün təxminən 80 milyon manat vəsait ayırıb. Şəhid ailələri və iki valideynini itirmiş gənclərin təhsili üçün güzəştləri də nəzərə alsaq, dövlət büdcəsindən 120 milyon manata yaxın vəsaitin ayrıldığını görərik\ .Azər MUSTAFAYEV