Mənzillər getdikcə ucuzlaşır


Baxıldı : 233

Tarix : 2015-11-13 04:12:00


Artıq bir neçə aydır paytaxtda, yeni tikililərdə olduğu kimi, təkrar mənzil bazarında durğunluq özünü göstərir. Təklifin tələbi üstələməsi qiymətlərin də ucuşlaşmasına səbəb olub. Əvvəl 80-85 min manata satılan evi indi 60-65 min manata alan yoxdur. Ötən ilin sonunda 50-60 min manata təklif edilən birotaqlı evlərin qiyməti hazırda 40-45 min manata düşüb. İkiotaqlı evlər isə 60-75 min manatdan 50-60 min manatadək ucuzlaşıb. Maraqlıdır, qarşıdakı aylarda qiymətlər hansı formada dəyişə bilər?Məsələyə münasibət bildirən iqti sadçı-ekspert Samir Əliyevin qənaətinə görə, mənzil bazarında qiymət ucuzlaşmasının iki səbəbi var: \ Bunlardan biri əhalinin alıcılıq qabiliyyətinin aşağı düşməsidir. Bazarda təklif nə qədər çox olsa da, tələb yoxdur. Alıcı azlığının ilk səbəbi isə Rusiya amilidir. Məsələyə münasibət bildirən iqti sadçı-ekspert Samir Əliyevin qənaətinə görə, mənzil bazarında qiymət ucuzlaşmasının iki səbəbi var: \ Bunlardan biri əhalinin alıcılıq qabiliyyətinin aşağı düşməsidir. Bazarda təklif nə qədər çox olsa da, tələb yoxdur. Alıcı azlığının ilk səbəbi isə Rusiya amilidir. Çünki əvvəlki illərdə Rusiyada işləyənlər gəlib buradan mənzil alırdılar. Hazırda onların belə imkanı yoxdur. İkinci səbəb isə hazırda baş verən iqtisadi proseslərdir. Bu tip hallar isə əhalinin alıcılıq qabiliyyətinə təsir göstərir. Bu iki amil ona gətirib çıxarır ki, əhalinin bazarda alıcılıq qabiliyyəti aşağı düşür. Üçüncü amil kimi devalvasiyanı göstərmək olar. Əgər proseslər bu cür davam etsə, növbəti mərhələdə yeni tikililərdə qiymət ucuzlaşması baş verə bilər. Əmlak bazarında müşahidə olunan qiymət azalması prosesi davamlı olacaq. O zamana qədər ki, hər hansı ciddi bir hadisə, dəyişiklik baş versin. Bu dəyişiklik isə dünya bazarında neftin qiymətinin artması ola bilər. Əgər neftin qiyməti 70-80 dollara qədər artsa, əmlak bazarında yenidən canlanma ola bilər. Həmçinin Rusiyaya tətbiq edilən sanksiyalar aradan götürülsə, bu da mənzil bazarında aktivliyə təsir edə bilər. Digər bir səbəb isə ipoteka proqramının daha çox insanı əhatə etməsi olardı. Bu məsələlər reallaşmasa, əmlak bazarında qiymət artımının olacağı gözlənilmir\ .İqtisadçının sözlərinə görə, hazırda kirayə bazarında da müəyyən qədər ucuzlaşma var.\ NBA Consulting Group\ un rəhbəri Nüsrət İbrahimov da deyir ki, ötən illərlə müqayisədə daşınmaz əmlak bazarında fəallıq xeyli aşağı düşüb: \ Daşınmaz əmlak bazarında ucuzlaşma qarşıdakı aylarda da davam edəcək. Qiymətlər 2016-2017-ci illərdə ucuzlaşmaya meyilli olacaq. 2018-ci ildə düşmə tempi qismən azalacaq, amma az-az düşməkdə davam edəcək\ . Xalid AZƏR