Mənzillər ucuzlaşacaq, yoxsa bahalaşacaq?


Baxıldı : 289

Tarix : 2015-02-28 03:07:00


Dolların məzənnəsinin qalxması mənzil bazarında da qeyri-müəyyənlikləri artırıb. Son günlərə qədər manatla satılan mənzillər artıq dəyişərək dollarla təklif edilir. Torpaqların da satışında dollara üstünlük verilir. Bu isə açıq şəkildə mənzillərin dəyərinə təsir göstərə bilər. Vətəndaşları narahat edən məsələ isə yaxın vaxtlarda qiymətlərin bahalaşıb-bahalaşmayacağıdır. Daşınmaz əmlak bazarı üzrə ixtisaslaşmış \ MBA Group\ konsaltinq şirkətinin baş direktoru Nüsrət İbrahimovun sözlərinə görə, devalvasiyanın daşınmaz əmlak bazarına təsiri yaxın 15-20 gün ərzində özünü göstərəcək. Hazırda əmlak bazarında güclü tələb yoxdur, ona görə də qiymətlərin yüksək artımının baş verməsi gözlənilmir. Ekspert hesab edir ki, hazırda bazarda manatla yığımı olan investorların sayı kifayət qədərdir və onlar əllərindəki vəsaiti dollara dəyişməkdənsə daşınmaz əmlaka yönəltməyi lazım bilir. Yaxın vaxtlarda manatın məzənnəsində artım olmayacağından investorların bir qismi daşınmaz əmlaka vəsait yatırmaqda maraqlıdır, bu isə əmlak bolluğu fonunda qiymətlərin artımına əsas verməyəcək.ELBRUS