Müqəddəs şəhidlik zirvəsinə ucalanlar


Baxıldı : 269

Tarix : 2016-04-15 06:47:00


Teymur QasımovAzərbaycan Ordusunun şəhid olan zabiti, 1992-ci il təvəllüdlü Qasımov Teymur Sabir oğlu aprelin 9-da doğulduğu Mingəçevir şəhərində dəfn edilib.Teymur Qasımovun nəşi Mingəçevir şəhərindəki Şəhidlər xiyabanında torpağa tapşırılıb, şəhidin ruhuna dualar oxunub.Dəfn mərasimində Müdafiə Nazirliyinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin nümayəndələri, Mingəçevir Şəhər İcra Hakimiyyətinin, rayon hüquq-mühafizə orqanlarının, idarə və təşkilatların kollektivləri, minlərlə şəhər sakini ilə yanaşı, şəhidin qulluq etdiyi hərbi hissənin əsgər və zabitləri də iştirak ediblər.Dəfn mərasimində \ Şəhidlər ölməz, Vətən bölünməz\ şüarı səsləndirilib, şəhid əsgər yaylım atəşləri altında son mənzilə yola salınıb. Şəhidin tabutuna bükülmüş Azərbaycanın üçrəngli bayrağı atasına təqdim edilib. Sabir Qasımov şəhid olan oğlu ilə fəxr etdiyini bildirib. O, Vətən uğrunda canlarından keçən bütün şəhidlərimizə Allahdan rəhmət diləyib. Şəhid qardaşı ilə qürur duyan Nuran Qasımov isə hərbçi olduğunu və düşmənlərdən qardaşının qisasını alacağını deyib.Qabil OrucəliyevTərtər rayonunun Talış kəndi istiqamətində gedən döyüşlərdə şəhid olan Naxçıvan şəhər sakini leytenant Orucəliyev Qabil Əbdüləli oğlunun nəşi aprelin 11-də Naxçıvan şəhərində dəfn edilib.Şəhidlə vida mərasiminə şəhər sakinləri, hərbçilər və ictimaiyyət nümayəndələri qatılıblar. Bundan başqa, muxtar respublikanın rayonlarından və kəndlərindən də yüzlərlə insan mərasimdə iştirak edib.Şəhidin ruhuna dualar oxunub. Yaylım atəşinin müşayiəti ilə şəhid leytenant Qabil Orucəliyev dəfn edilib.Qeyd edək ki, şəhidimizin cənazəsi aprelin 11-də gecə Bakı şəhərindən Naxçıvan Beynəlxalq Hava Limanına gətirilib və burada qəhrəman leytenantın nəşini yüzlərlə naxçıvanlı qarşılayıb.Adil AdilzadəAzərbaycan Ordusunun şəhid olan hərbi qulluqçusu, 1993-cü il təvəllüdlü Adilzadə Adil Kamran oğlu aprelin 11-də doğulduğu Mingəçevir şəhərində son mənzilə yola salınıb.Müddətdən artıq hərbi qulluqçu kiçik çavuş, şəhid Adil Adilzadənin nəşi Mingəçevirdəki Şəhidlər xiyabanında torpağa tapşırılıb, ruhuna dualar oxunub.Dəfn mərasimində Müdafiə Nazirliyinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin nümayəndələri, Mingəçevir Şəhər İcra Hakimiyyətinin kollektivi, hüquq-mühafizə orqanlarının əməkdaşları, şəhər sakinləri ilə yanaşı, şəhidin qulluq etdiyi hərbi hissənin əsgər və zabitləri, minlərlə mingəçevirli iştirak edib.Dəfn mərasimində Adil Adilzadənin qulluq etdiyi hərbi hissənin bölük komandiri məlumat verib ki, o, döyüş tapşırığını yerinə yetirən zaman 17 erməni hərbçisini məhv edərək qəhrəmancasına şəhid olub. Mərasimdə çıxış edənlər qüdrətli Azərbaycan Ordusunun düşmənə hər an tutarlı cavab verməyə hazır olduğunu, şəhidlərimizin qanının yerdə qalmayacağını, Prezident, Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşərək onun əmrini gözlədiklərini bildiriblər.Şəhidin atası Kamran Adilzadə oğlu ilə fəxr etdiyini deyib. O, Vətən uğrunda canlarından keçən bütün şəhidlərimizə Allahdan rəhmət diləyib. Mirsalam CəfərovErməni təxribatının qarşısını alarkən şücaət göstərərək şəhidlik zirvəsinə ucalanlar sırasında Tovuz rayonunun Bayramlı kəndindən 22 yaşlı gizir Cəfərov Mirsalam Təvəkkül oğlu da olub. Şəhidin dəfni Tovuz rayonunun Bayramlı kəndində böyük izdihamla keçib.Şəhidin atası Təvəkkül Cəfərov övladının Vətən uğrunda şəhid olmasından qürur duyduğunu dilə gətirib. Döyüş yoldaşları Mirsalamı hər zaman vətənsevər, mərd, cəsur bir gənc kimi tanıdıqlarını bildiriblər.Şəhid əsgər yaylım atəşi altında Bayramlı kənd qəbiristanlığında dəfn edilib. Tabut üzərindəki üçrəngli Azərbaycan bayrağı şəhidin atasına təqdim edilib.Əbdülməcid AxundovCəbhənin Tərtər istiqamətində erməni hərbi birləşmələrinin təxribatının qarşısını alarkən şəhid olan \ N\ saylı hərbi hissənin əsgəri, 1993-cü il təvəllüdlü Əbdülməcid Nadirşah oğlu Axundov aprelin 9-da Sumqayıt şəhərində son mənzilə yola salınıb.Sumqayıtlılar qəhrəman oğlunu böyük qürur və iftixar hissi ilə dəfn etmək üçün küçələrə axışıblar. Şəhidin yaşadığı 16-cı məhəllədəki binanın qarşısında böyük izdiham yaşanıb. Dəfn mərasimində Sumqayıt Şəhər İcra Hakimiyyətinin rəhbərliyi, Milli Məclisin deputatları, Müdafiə Nazirliyinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin əməkdaşları, şəhər sakinləri iştirak ediblər.Tabut üzərindəki üçrəngli Azərbaycan bayrağı şəhidin atasına təqdim edilib.Nazim ZəkarayevAzərbaycan Ordusunun şəhid əsgəri, 1997-ci il təvəllüdlü Zəkarayev Nazim Nadir oğlu aprelin 9-da doğulduğu Şamaxı şəhərində Şəhidlər xiyabanında dəfn edilib.Dəfn mərasimində Müdafiə Nazirliyinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin nümayəndələri, Şamaxı Rayon İcra Hakimiyyətinin kollektivi, rayon hüquq-mühafizə orqanlarının əməkdaşları, minlərlə rayon sakini ilə yanaşı, şəhidin qulluq etdiyi hərbi hissənin əsgər və zabitləri də iştirak edib.Dəfn mərasimində \ Şəhidlər ölməz, Vətən bölünməz\ şüarı səsləndirilib, şəhid əsgər yaylım atəşi altında son mənzilə yola salınıb. Şəhidin tabutuna bükülən Azərbaycanın üçrəngli bayrağı atasına təqdim edilib.Pəncəli TeymurovTalış kəndi uğrunda gedən döyüşlərdə şəhid olmuş Milli Ordunun giziri Pəncəli Nurməmməd oğlu Teymurov aprelin 11-də doğulduğu Astara rayonunun Əzərüd kəndində torpağa tapşırılıb.Dəfn mərasimində Pəncəli Teymurovun 2013-cü ildə öz toy mərasimində dediyi sözlər diqqətə çatdırılıb: \ Son damla qanımı da Vətənim, torpağım uğrunda verməyə hər an hazıram. Ən böyük arzum şəhid kimi Azərbaycanın üçrəngli bayrağına bürünməkdir...\ Şəhid gizirin tabutuna bükülmüş Azərbaycan Respublikasının üçrəngli bayrağı atası Nurməmməd Teymurova təqdim edilib. Cavid SƏFƏROV