Müqəddəs şəhidlik zirvəsinə ucalanlar


Baxıldı : 326

Tarix : 2016-04-22 04:52:00


Respublikamızın ərazi bütövlüyünün qorunub saxlanması, erməni işğalçılarının 2016-cı il aprelin 2-dən 5-dək qoşunların təmas xəttində törətdikləri silahlı təxribatların qarşısının alınması və düşmənin dinc əhaliyə hücumlarının dəf edilməsi zamanı göstərdikləri qəhrəmanlıq və igidliyə görə fərqlənən hərbçilərin bir qrupu ölkə başçısının müvafiq sərəncamları ilə yüksək fəxri ada layiq görülüb, orden və medallarla təltif olunub. Vətən qarşısındakı xidmətlərinə görə təltif edilənlər arasında \ Azərbaycanın Milli Qəhrəmanı\ fəxri adına, \ Azərbaycan Bayrağı\ və \ Vətənə xidmətə görə\ ordenlərinə, \ Vətən uğrunda\ , \ İgidliyə görə\ və \ Hərbi xidmətlərə görə\ medallarına layiq görülənlər vardır.Vüqar YusifovAzərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olan Silahlı Qüvvələrin zabiti, 40 yaşlı polkovnik Vüqar Yusifovun cənazəsi Şəmkir rayonuna gətirilib. Şəhid rayonun Şiştəpə kəndində dəfn olunub. Polkovnik Vüqar Yusifovun dəfn mərasiminə toplaşanlar zabitin keçdiyi ömür yolundan, orduya bağlılığından söz açıblar. Böyük izdiham yaşanan mərasimdə şəhid Vüqar Yusifovun əsl vətənpərvər, qorxmaz, cəsur və yüksək nizam-intizamlı bir zabit kimi daim yaddaşlarda yaşayacağı vurğulanıb.Şəmkir Rayon İcra Hakimiyyətinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin nümayəndələri, zabitin xidmət etdiyi hərbi hissənin hərbçiləri, döyüş yoldaşları və minlərlə sakinin iştirak etdiyi mərasimdə \ Vətən sağ olsun!\ , \ Şəhidlər ölməz, Vətən bölünməz!\ şüarları səsləndirilib.Mərasimdə tabuta çəkilən Azərbaycan bayrağı şəhidin atasına təqdim olunub.Raqub OrucovTəmas xəttində ermənilərin təxribatlarının qarşısını alan zaman şəhid olan Azərbaycan Ordusunun polkovnik-leytenantı, 1972-ci il təvəllüdlü Raqub İbrahim oğlu Orucov Sumqayıt şəhər Şəhidlər xiyabanında torpağa tapşırılıb.Dəfn mərasimində Sumqayıt Şəhər İcra Hakimiyyətinin rəhbərliyi, Müdafiə Nazirliyinin rəsmiləri və şəhər ictimaiyyətinin nümayəndələri iştirak edib.Şəhidin qardaşı Zabil Orucov onun həyat yolundan danışıb: \ Qardaşım bu vətən üçün doğuldu, bu vətən üçün şəhid oldu\ .R.Orucovun vida mərasiminə gələnlər \ Şəhidlər ölməz, vətən bölünməz!\ , \ Qarabağ bizimdir, bizim olacaq!\ və digər bu kimi şüarlar səsləndiriblər.İnqilab QuliyevCəbhədəki son döyüşlərdə şəhid olan Milli Ordumuzun zabiti, 1983-cü il təvəllüdlü kapitan İnqilab Çingiz oğlu Quliyevin dəfn mərasimi Gəncə şəhərində əsl ümumxalq vətənpərvərlik nümayişinə çevrilib. Gəncənin Şəhidlər xiyabanına toplanmış, çoxu gənc olan minlərlə insan şəhidin nəşini vətənpərvərlik şüarları ilə qarşılayıblar.İgid zabitimizin dəfn mərasimində doğmaları ilə yanaşı, şəhidin xidmət etdiyi hərbi hissənin təmsilçiləri, Gəncə şəhər rəhbərliyi, Qarabağ və Əfqanıstan müharibələrinin veteranları və ictimaiyyətin çoxsaylı nümayəndələri iştirak ediblər. Dəfn mərasimində torpaqlarımızın azadlığı uğrunda döyüşlərdə şəhid olan əsgərlərimizin xatirəsinin dövlət tərəfindən daim uca tutulduğu vurğulanıb, hər bir Azərbaycan vətəndaşının ölkə başçısının əmri ilə hər an işğal olunmuş torpaqlarımızı azad etməyə hazır olduqları bildirilib.Rasim MəmmədovGoranboy istiqamətində yüksəkliklər uğrunda gedən döyüşlərdə şəhid olmuş Naxçıvan Muxtar Respublikası Babək rayonu Cəhri kənd sakini, 40 yaşlı mayor Rasim Əbdül oğlu Məmmədovun cənazəsi doğulduğu kənddə dəfn edilib.Şəhidlə vida mərasimində kənd sakinləri, hərbçilər və rayon icra hakimiyyətinin nümayəndələri iştirak ediblər. Bundan başqa, muxtar respublikanın müxtəlif rayonlarından və kəndlərindən də yüzlərlə insan mərasimdə iştirak edib.Şəhidin ruhuna dualar oxunub.Ziya Həsənov Cəbhənin Füzuli rayonu istiqamətində erməni silahlı qüvvələrinin torpaqlarımıza qəfil hücumunun qarşısını alarkən gedən ağır döyüşlərdə qəhrəmancasına şəhid olan Azərbaycan Ordusunun baş leytenantı Həsənov Ziya Niyazi oğlu böyüyüb boya-başa çatdığı Bərdə şəhərində torpağa tapşırıldı. Dəfn mərasimində Bərdə Rayon İcra Hakimiyyətinin, hüquq-mühafizə orqanlarının rəhbərləri, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bərdə Rayon Şöbəsinin əməkdaşları, şəhidin doğmaları, minlərlə insan iştirak etdi. Mərasimdə çıxış edənlər torpağımızın belə oğulların qanı ilə Vətən olduğunu bildirdilər, Şəhid olmuş oğullara rəhmət dilədilər. Şəhid zabit Ziya Həsənovun nəşi Bərdə Şəhidlər qəbiristanlığında torpağa tapşırıldı, tabutu üzərindəki bayraq əbədi saxlanılmaq üçün atası Niyazi Həsənova təqdim edildi.Rəşid MehdiyevCəbhə bölgəsində düşmənin hücumunun qarşısını alarkən şəhid olan baş leytenant, 1990-cı il təvəllüdlü Mehdiyev Rəşid Rövşən oğlu doğulduğu Salyan rayonunda dəfn edilib.Şəhid zabit anadan olduğu Xalac kəndində torpağa tapşırılıb.Şəhidin dəfn mərasimində Salyan Rayon İcra Hakimiyyətinin rəhbərliyi, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Salyan Rayon Şöbəsinin əməkdaşları, rayon ictimaiyyətinin nümayəndələri, hərbçilər iştirak edib. Şəhidin tabutuna çəkilən Azərbaycan bayrağı Rəşid Mehdiyevin atasına təqdim olunub.Nurlan AbdullayevZərdabda daha bir şəhidimiz torpağa tapşırılıb. 2012-ci ildə Naxçıvanda əsgəri xidmət keçən, xidməti başa vurduqdan sonra könüllü olaraq müddətdən artıq hərbi xidmət edən Zərdab rayonunun Böyük Dəkkə kənd sakini, 1994-cü il təvəllüdlü gizir Abdullayev Nurlan Rasim oğlu Tərtər bölgəsində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub.Böyük Dəkkə kəndində torpağa tapşırılan şəhidin dəfn mərasimi izdihamlı keçib. Mərasimdə kənd sakinləri, rayon rəsmiləri, ictimaiyyət nümayəndələri, şəhidin hərbçi yoldaşları, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Zərdab bölməsinin nümayəndələri iştirak ediblər.Mərasimdə şəhidin xatirəsinə yaylım atəşi açılıb.