Müqəddəs şəhidlik zirvəsinə yüksələnlər


Baxıldı : 610

Tarix : 2016-04-08 05:04:00


Təbriz Musazadə, Urfan Vəlizadə, Bəkir İsmayılovErməni hücumlarını dəf edən ordumuz onları geri oturdaraq hərbi qüvvələrini məhv etmək üçün hücuma keçdilər. Bu zaman Mİ-24 helikopteri düşmən tərəfindən buraxılan Stinger” tipli raketlə vuruldu. Lalə İlahi Təpə yüksəkliyini təmizləyən ekipajın hələ də sağ-salamat özünü xilas etmək imkanları var idi. Lakin mayor Təbriz Musazadə, mayor Urfan Vəlizadə və baş leytenant Bəkir İsmayılov yanan 12 tonluq helikopteri erməni blindajlarına çırpmağı qərara alaraq, doğrudan da, qəhrəmancasına həlak oldular. Helikopter sürətlə yüksəklikdə olan mövqelərə çırpılandan sonra hələ bir müddət də digər mövqeləri şumlayaraq ermənilərin arxa cəbhəsinə düşdü. Ekipaj üzvlərinin bu fədakarlığı və sücaəti canlarını heçə sayaraq nümayiş etdirdikləri qəhrəmanlığı xalqımız heç zaman unutmayacaq.Samir KaçayevTəmas xəttində ermənilərin təxribatlarının qarşısını alan zaman şəhid olan qəhrəmanlarımızdan biri Şamaxının Çuxuryurd kəndindən olan əsgər Samir Ziyəddin oğlu Kaçayevdir. O, 1994-cü ilin mart ayının 3-də dünyaya gəlib. Ötən il Azərbaycan Dövlət Rəssamlıq Akademiyasını bitirib və heykəltəraş ixtisasına yiyələnib. Magistraturaya qəbul olunan Samir hərbi xidmətə gedib. Aprelin 1-dən 2-nə keçən gecə erməni hücumunun qarşısını alarkən şəhid olub.Şəhid əsgərimizin izdihamlı dəfn mərasimi keçirilib. Müdafiə Nazirliyinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin, Rayon İcra Hakimiyyətinin, hüquq-mühafizə orqanlarının əməkdaşları, kənd sakinləri, rayon ictimaiyyətinin nümayəndələri, Milli Məclisin deputatları Aqil Abbas, Məlahət İbrahimqızı və Sevinc Hüseynova mərasimdə iştirak ediblər.Çıxış edənlər bildiriblər ki, artıq Azərbaycan Ordusunun mənfur düşmənə tutarlı cavab vermək vaxtı çatıb. Şübhə yoxdur ki, Prezident, Ali Baş Komandan İlham Əliyevin qətiyyətli mövqeyi, ordumuzun qüdrəti düşməni layiq olduğu yerdə oturdacaq, şəhidlərmizin qanı yerdə qalmayacaq.Elnur ƏliyevAprelin 2-nə keçən gecə cəbhədə erməni silahlılarının hücumunun qarşısını alarkən şiddətli döyüşlərdə dünyasını dəyişən 12 şəhidindən biri də Elnur Adil oğlu Əliyevdir. Mayor Əliyev Cəbrayıl rayonunun işğal altındakı Lələtəpə yüksəkliyi istiqamətində gedən döyüşlərdə özünü erməninin atdığı qumbaranın üstünə ataraq digər yoldaşlarını xilas edib və qəhrəmancasına şəhid olub. E. Əliyev Füzuli rayonunda dəfn olunub. Dəfn mərasimində mayorun hərbçi yoldaşları və rayon rəhbərliyi iştirak edib. Müşfiq OrucovAprelin 3-dən 4-nə keçən gecə cəbhədə gedən döyüşlərdə düşmən təxribatının qarşısını alan zaman həlak olan Azərbaycan Ordusunun əsgəri Müşfiq Arif oğlu Orucov Hövsan qəsəbəsindəki Dədə Qorqud qəbiristanlığında torpağa tapşırılıb. Zəngilan və Xətai rayonunun ictimaiyyətinin qatıldığı izdihamlı dəfn mərasimində mərkəzi icra orqanlarının rəhbərləri ilə yanaşı, Azərbaycan Texniki Universitetinin (AzTU) rektoru, professor Havar Məmmədov, Universitetin tərbiyə işləri üzrə prorektoru, qəhrəman şəhidimizin təhsil aldığı fakültənin dekanı və tələbə-gənclər də iştirak ediblər. Əslən Zəngilan rayon sakini olan Müşfiq Orucov 2011-ci ildə 700 bal toplayaraq AzTU-nun avtomatika və kompüter texnikası fakültəsinə qəbul olub. Universiteti yaxşı qiymətlərlə bitirən Müşfiq 2015-ci ildə hərbi xidmətə yollanıb və Naftalan rayonu ərazisində yerləşən N” saylı hərbi hissədə qulluq edib. Elvin QaibovErməni silahlı qüvvələrinin təxribatları nəticəsində cəbhə bölgəsində gedən döyüşlərdə şəhid olan Azərbaycan Ordusunun 27 yaşlı hərbi qulluqçusu Elvin Sədrəddin oğlu Qaibov doğulub boya-başa çatdığı Xaçmaz rayonunda torpağa tapşırılıb.Əbilyatağı kənd qəbiristanlığında dəfn edilən E.Qaibov Füzuli ətrafında gedən döyüşlərdə qəhrəmancasına şəhid olub.Şəhidin dəfn mərasimində Müdafiə Nazirliyinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin, Xaçmaz Rayon İcra Hakimiyyətinin rəsmiləri, şəhidin döyüş yoldaşları, rayon ictimaiyyətinin nümayəndələri və kənd sakinləri iştirak ediblər.Mərasimə qatılanlar Elvin Qaibovun şücaətindən söz açıb, vətənpərvər övlad olmasından, doğma vətəni Azərbaycana sevgisindən danışıblar.Şəhidin atası Sədrəddin Qaibov torpaqlarımızın azadlığı uğrunda canından keçən oğlu ilə fəxr etdiyini deyib, şəhid olmuş övladının qisasının döyüş yoldaşları tərəfindən artıqlaması ilə alınacağına əminliyini ifadə edib.Şəhidin cənazəsi kənd qəbiristanlığında torpağa tapşırılıb, tabutu üzərinə çəkilmiş üçrəngli Azərbaycan bayrağı ailəsinə təqdim edilib.Nurəddin MirzəyevAprelin 2-dən 3-nə keçən gecə cəbhə bölgəsində baş vermiş döyüşlərdə Azərbaycan Ordusunun şəhid olmuş əsgəri, 20 yaşlı Nurəddin Etimad oğlu Mirzəyev doğulduğu Yardımlı rayonunun Honuba kəndində son mənzilə yola salınıb.Dəfn mərasimində Müdafiə Nazirliyinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin, Rayon İcra Hakimiyyətinin rəsmiləri, şəhidin ailə üzvləri və döyüş yoldaşları, ictimaiyyət nümayəndələri və kənd sakinləri iştirak ediblər.Mərasimdə çıxış edənlər mərhumun ailə üzvləri və yaxınlarına dərin hüznlə başsağlığı verib, Nurəddin Mirzəyevin keçdiyi döyüş yolundan danışıblar. Bildirilib ki, əsl vətənpərvər ruhda böyüyən, torpaqlarımızın müdafiəsində canından keçən qəhrəman şəhidimiz Azərbaycan gəncliyi üçün əsl nümunədir.Diqqətə çatdırılıb ki, vətən yolunda canından keçən Azərbaycan övladlarının xatirəsi qədirbilən xalqımızın yaddaşında əbədi yaşayacaq.Dəfn mərasimində Azərbaycanın üçrəngli bayrağı şəhidin atasına təqdim edilib. Cavid SƏFƏROV