Məqsəd haqq və ədaləti bərpa etməkdir


Baxıldı : 156

Tarix : 2015-10-23 01:38:00


Panamada Nəqliyyatçıların Beynəlxalq Federasiyasının (NBF) müxtəlif ölkələrdən olan 118 müfəttişi seminarda iştirak etmək üçün toplaşmışdır. Dəniz nəqliyyatı müfəttişlərində yeni bacarıqların tədrisi və inkişafı məqsədilə NBF belə seminarları hər üç ildən bir keçirir.Tədbirdə ekipajın normal həyat şəraitinin təmin olunması və təhlükəsizliyin qorunması kimi məsələlərdən boyun qaçıraraq başqa ölkələrin bayrağı altında üzən gəmilərə qarşı kampaniyalar, gecikdirilmiş əməkhaqqının qaytarılması üzrə yardım, dənizçilərin əmək şəraitinin yoxlanılması və bir sıra aktual problemlər müzakirə edilib.NBF-nin dənizçilər bölməsinin sədri Deyv Xeyndel bildirib: \ Məqsədimiz bütün dünya dənizçilərinin hüquqlarının qorunmasına, haqq və ədalətə nail olmaqdır. Bu istiqamətdə təşkilatımızın müfəttişləri bizim əsas silahımızdır. Onlar dəniz həyatı ilə bağlı problemlər haqqında unikal biliklərə malikdirlər. Seminarda əsas missiyamız bu qəbildən olan işləri gücləndirməkdir\ .NBF-nin yeni müfəttişi, Finlandiya Dəniz İşçiləri Həmkarlar İttifaqını təmsil edən Heyki Karl aşağıdakıları söyləyib: \ Gəmilərin göyərtəsində gördüyüm problemlər, dənizçilər arasında hüquq müdafiəsi üsulları haqqında məlumatların yayılmasının vacibliyini əks etdirir. Onlar üçün layiqli məşğulluğun yeganə yolu - gəmidə kollektiv müqavilənin olmasıdır. Biz dənizçiləri dəstəkləməli və gəmi sahiblərini həmkarlar ittifaqları ilə bağlanmış kollektiv sazişlərə hörmətlə yanaşmağa məcbur etməliyik\ .Elçin ZAKİRİ