Məqsəd kütləviliyə nail olmaqdır


Baxıldı : 351

Tarix : 2015-01-17 13:29:00


\ Məhsul\ KKİC-nin Respublika Şurasının AHİTA-nın güləş zalında məktəblilər arasında yunan-Roma güləşi üzrə birinciliyi keçirilmişdir. Yarışda Bakı şəhəri və Kürdəmir rayon komandalarından 78 idmançı iştirak edirdi.Yarışın keçirilməsində məqsəd respublikanın şəhər və kənd yerlərində yunan-Roma güləşinə daha çox yeniyetmə və gənc cəlb etmək və onun kütləvilliyinə nail olmaq idi.Gərgin keçən yarışlarda paytaxtı təmsil edən güləşçilər daha çox fərqlənmişlər. Bakı təmsilçilərindən Cavidan Nəhmətov (26 kq.), Rəşad Həsənli (29 kq.), Əli Süleymanov (35 kq.), Yaqub Qurbanov (44 kq.), Nur Ələkbərli (50 kq.), Şahin Səfərov (59 kq.), Yusif Abışov (66 kq.) qalib olmuşlar.Kürdəmir pəhləvanları Elnur Məmmədov (32 kq.), Fərid Qədirov (38 kq.), Rəvan Rəhimov (41 kq.), Vidadi Kərimli (47 kq.), Rza Əlizadə (+73 kq.) fəxri kürsünün ən yüksək pilləsinə qalxmışlar.