Müraciətin gecikməsi-sığorta dələduzluğu


Baxıldı : 190

Tarix : 2016-04-30 06:24:00


Azərbaycanda ötən ilin sonundan etibarən gecikən sığorta müraciətlərinin sayı kəskin artıb. Belə ki, avtomobil sahibləri qəzadan bir neçə ay sonra sığorta şirkətinə müraciət edərək ödəniş tələb edirlər. Bu halların artması isə sığorta şirkətlərində sığorta dələduzluğu halları ilə bağlı şübhələri artırıb. Sığorta eksperti İlkin İbrahimov bildirib ki, ötən ilin sonundan etibarən avtomobil qəzaları ilə bağlı qəzalar haqqında müştərilər gec məlumat verməyə başlayıblar: \ Belə ki, insanlar adətən zərər çəkən kimi dərhal dəyən ziyanın ödənilməsində maraqlı olurlar. Və buna görə də sığorta şirkətinə dərhal müraciət edirlər. Son bir neçə ayda isə baş vermiş sığorta hadisələri ilə bağlı müraciətlər artır. Məsələn, əvvəllər bir ayda 1-5 avtomobil qəzası ilə bağlı gec müraciət edilirdisə, hazırda 10 günə qədər müraciətlər 150-yə, bir ay və daha çox gecikən müraciətlərin sayı isə 30-40 -a qədər artıb. Problem daha çox avtomobillərin icbari sığortası ilə bağlıdır. Belə ki, bu sığorta növündə vətəndaşlar 3 il müddətində sığorta hadisəsi ilə bağlı müraciət edə bilərlər. Amma məsələnin digər tərəfi ondan ibarətdir ki, qəza ilə bağlı gec müraciət ediləndə sığorta şirkəti hadisəni araşdırmaqdan məhrum olur. Qəza komissarı hadisəni araşdırmaq imkanının olmadığını qeyd etdikdən sonra sığorta şirkəti sığorta ödənişini verməyə məcbur olur. Halbuki gecikən müraciətlərin əksər hissəsində sığorta dələduzluğu halları var\ . Ekspertin sözlərinə görə, müraciət edənlər, sadəcə, yol polisinin təqdim etdiyi şahidlərin ifadələri və qəza sxemindən ibarət sənədi onlara təqdim edir ki, bu da yetərli olmur. Müraciət edənlərin ifadələri isə baş verən qəzaların sığorta hadisəsi olmaması ilə bağlı şübhələri artırır. Digər tərəfdən, gecikən müraciətlərin hamısında zərərlər maksimum, yəni 4000-5000 manat olur. Müraciətlərin birində bildirilir ki, qəza yanvar ayının 21-də baş verib. Amma qəza ilə bağlı yol polisinin yazdığı protokol mart ayının 8-də verilib. Digər tərəfdən, qəza törədən icbari sığortalı sürücü avtomobilini vurduqdan sonra satıb. Belə olan halda əzdiyi \ Nissan\ avtomobilinə dəyən ziyanın ödənilməsini tələb edir. Avtomobilə dəyən ziyanın isə 7000 manat olduğunu deyir. Bəzi hallarda isə sığorta müddəti bitəndən sonra qəza törədən sürücü dərhal icbari sığorta alır. Avtomobili icbari sığorta etdirdikdən bir neçə gün sonra isə qəza törətdiyini deyir. Belə hallara görə isə sığorta şirkətlərinin zərərləri artır. Məsələn, ötən ilin sonunda bir avtomobilin təmiri 1500 manata başa gəlirdisə, hazırda bu rəqəm 1700 manata yüksəlib. İ.İbrahimov əlavə edib ki, vəziyyətdən çıxış yolu olaraq Cinayət Məcəlləsinə sığorta dələduzluğu ilə bağlı təkliflər də əlavə edilməlidir. Belə ki, sığorta dələduzluğu hallarına görə heç bir cinayət məsuliyyəti nəzərdə tutulmayıb. Buna görə də sığorta şirkətlərindən ödəniş \ qoparma\ halları artır. Məsələ ilə əlaqədar Cinayət Məcəlləsinə sığorta dələduzluğu maddəsi ilə bağlı sığortaçılar tərəfindən təklif verilsə də, bu, hələlik nəzərə alınmayıb.Xalid AZƏR