Mərkəzi Bank vətəndaşları məlumatlandıracaq


Baxıldı : 216

Tarix : 2015-10-30 05:04:00


Mərkəzi Bank (MB) Azərbaycan vətəndaşlarının maliyyə savadlılığının artırılması məqsədilə 2016-cı ildə yeni layihələr həyata keçirəcək. Layihələrə uyğun olaraq ölkə vətəndaşlarının bütün sosial qruplarının maliyyə savadlılığı tədbirləri çərçivəsində maarifləndirilməsi, orta məktəblərdə bu mövzuda müxtəlif formatlarda dərslərin keçirilməsi, KİV-də genişmiqyaslı kampaniyaların aparılması, bu sahədə təlim və treninqlərin keçirilməsi, dəyirmi masaların təşkili nəzərdə tutulur. MB-nin tədqiqatlar və inkişaf mərkəzinin direktoru Vüqar Əhmədovun sözlərinə görə, indiyədək keçirilmiş tədbirlər çərçivəsində əhalinin maliyyə savadının artırılması istiqamətində əhatəli işlər görülüb.V.Əhmədov qeyd edib ki, maliyyə savadlılığı layihəsi çərçivəsində Beynəlxalq Maliyyə Korporasiyası, Əmanətlərin Sığortalanması Fondu, Azərbaycan Banklar Assosiasiyası ,16 kommersiya bankı və kredit təşkilatlarının, habelə Təhsil Nazirliyi nümayəndələrinin iştirakı ilə maarifləndirici kampaniyalar, ictimaiyyət üçün məlumatlandırıcı təbliğat işləri, KİV-də verilişlər və digər tədbirlər təşkil olunub. Orta məktəblərdə şagirdlərə pul, büdcə, vergi, maliyyə, pensiya, əhalinin sosial təminatı və digər mövzularda dərslər keçirilib. \ Həyat bilgisi\ dərsliyinə həmin mövzularda mətnlər daxil edilib. ELBRUS