Mərkəzi Seçki Komissiyası ümumxalq səsverməsinə (referenduma) yekun vurub


Baxıldı : 141

Tarix : 2016-10-14 05:00:00


Məzahir Pənahovun sədrliyi ilə oktyabrın 11-də Mərkəzi Seçki Komissiyasının (MSK) iclası keçirilib. İclasda 2016-cı il sentyabrın 26-da keçirilmiş ümumxalq səsverməsinə (referenduma) yekun vurulması və yekunların elan edilməsi məsələsinə baxılıb.Qeyd olunub ki, Azərbaycan Respublikası Prezidentinin 26 iyul 2016-cı il tarixli Sərəncamı ilə \ Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında\ Referendum Aktının layihəsi 2016-cı il sentyabrın 26-da ümumxalq səsverməsinə (referenduma) çıxarılıb. Referenduma hazırlıq və onun keçirilməsi prosesi, seçki qanunvericiliyinin tələbləri əsas götürülməklə, MSK tərəfindən təsdiq edilmiş ümumxalq səsverməsinin (referendumun) hazırlanıb keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin Təqvim Planına uyğun ardıcıl, sistemli və mütəşəkkil qaydada həyata keçirilib. Ümumxalq səsverməsində seçicilər azad və maneəsiz şəkildə seçki məntəqələrinə gələrək öz iradələrini ifadə edib və ümumilikdə ölkə üzrə seçicilərin ümumi sayının 69,7 faizi səsvermədə iştirak edib. Komissiya bəzi seçki məntəqələri üzrə seçicilərin iradəsinin müəyyən olunmasının qeyri-mümkünlüyü, səsvermənin təşkilində nöqsanlara yol verilməsi və səsvermə prosedurlarına tam əməl ediməməsi halları müəyyən edildiyindən 3 seçki məntəqəsi üzrə səsvermənin nəticələrinin tam şəkildə və 1 seçki məntəqəsi üzrə qismən etibarsız hesab edilməsinə, ümumilikdə isə 6 məntəqə seçki komissiyasının buraxılmasına qərar verib.MSK eyni zamanda digər seçki dairələri üzrə səsvermənin nəticələri düzgün müəyyən olunduğundan və rəsmiləşdirildiyindən səsvermənin nəticələri barədə Komissiyanın Protokolunun təsdiq edilərək referenduma yekun vurulması və referendumun yekunlarının elan edilərək referendum yolu ilə qəbul edilmiş aktın mətninin dərc edilməsini qərara alıb.