Müsabiqənin qalibləri müəyyənləşdi


Baxıldı : 171

Tarix : 2015-01-10 04:13:00


Bakı Dövlət Universiteti Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) təşkilatçılığı ilə \ İlin ən yaxşı şam ağacı\ müsabiqəsi keçirilib.Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü vəYeni il münasibətilə keçirilən ənənəvi müsabiqədə universitetin 17 fakültəsi iştirak edib.Fakültələrin hər biri öz şam ağacını bəzəmək və fərqlənmək üçün yüksək səy göstərib. Qaliblərə mükafatların təqdimolunma mərasimində BDU-nun rektoru, akademik Abel Məhərrəmov çıxış edib. Bütün iştirakçıları Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə təbrik edib, onlara ən xoş arzularını bildirib.Sonra nəticələr elan olunub. Jurnalistika, coğrafiya, tarix, kimya və biologiya fakültələri birinci, digər fakültələr isə II yerə layiq görülüblər.B.RZAYEV