Müsabiqə qalibləri mükafatlandırıldı


Baxıldı : 268

Tarix : 2016-04-22 04:19:00


Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Cəlilabad Rayon Komitəsi gənclərlə işə böyük önəm verir.Son bir ildə gənclər arasında \ İlin ən yaxşı idmançısı\ , \ Yaxşı göstəricisi olan məşqçi müəllim\ , \ Peşəsini yaxşı bilən gənc mədəniyyət işçisi\ müsabiqələrı keçirilmiş, qaliblər rayon komitəsi tərəfindən mükafatlandırılmışlar. \ Rayon komitəsi nəzdində Gənclər Şurası fəaliyyət göstərir. Şura gənc ittifaq üzvlərində vətənpətrvərlik, milli adət-ənənələrimizə hörmətlə yanaşmaq hisslərinin aşılanması istiqamətində böyük işlər görür. Rayon komitəsinin sədri Cahangir Muradov deyir ki, gənclərin asudə vaxtlarının təşkili də fəaliyyətimizin ən çox diqqət ayrılan sahələrindəndir. Ötən il \ Nabran\ İstirahət Mərkəzində dincəlmək üçün 3 nəfərə yollayış verilmiş, cənub zonasına gedişlər təşkil edilmiş, işçilərdən bir qrupu müqəddəs ziyarətgaha göndərilmişdir. 2 Fevral-Gənclər Günü münasibətilə tədbirlər keçirilmiş, sahələr üzrə fərqlənən ittifaq üzvlərinə hədiyyələr, mükafatlar verilmişdir. Gənclər Şurası tərəfindən \ Gənclik həyatın qurucularıdır\ , \ Gələcəyimiz gəncliyin əlindədir\ , \ Qarabağı gənclik azad edəcək\ , \ Dövlətçiliyin inkişafında və qorunmasında sənin rolun\ mövzularında disputlar, dəyirmi masalar təşkil olunmuşdur.Gənclərin ziyalılarla, müharibə və əmək veteranları ilə, rayonun tanınmış simaları və yaradıcı insanlarla görüşləri keçirilmiş, maddi dəstəyə ehtiyacı olanlara yardımlar verilmişdir.Gənclər Şurası ümumrayon miqyaslı tədbirdə də fəal iştirak edir.Cavid SƏFƏROV