Müsabiqə qalibləri mükafatlandırıldılar


Baxıldı : 273

Tarix : 2015-01-31 04:23:00


Yanvarın 30-da \ Azərsu\ Açıq Səhmdar Cəmiyyəti (ASC) və Su Təsərrüfatı İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi (STİHİRK) birlikdə \ Azərbaycanda gənclər siyasəti: mövcud vəziyyət, problemlər və beynəlxalq təcrübə üzrə inkişaf perspektivləri\ mövzusunda keçirdikləri müsabiqənin qaliblərinin mükafatlandırma mərasimi olub. \ Azərsu\ ASC-nin akt zalında təşkil edilmiş tədbiri giriş sözü ilə Respublika Komitəsinin Təşkilat və Beynəlxalq Əlaqələr Şöbəsinin müdiri Xəyalə Məmmədova açıb.Deyib ki, bu müsabiqə \ Azərbaycan gəncliyi 2011-2015-ci illərdə\ Dövlət Proqramına, dövlətin gənclər siyasətinə dəstək xarakteri daşıyır. Məqsədimiz gənclərin vətənpərvərlik tərbiyəsinin gücləndirilməsinə, intellektual səviyyəsinin, mənəvi inkişafının təmin edilməsinə, sağlam həyat tərzinin təbliğinə, innovativ ideyaların və yaradıcı təşəbbüslərinin reallaşmasına, motivasiyasına kömək göstərməkdir. Müsabiqə üçün müəyyənləşdirdiyimiz 11 sual da məhz bu məsələlər nəzərə alınaraq hazırlanmışdı. Elə müsabiqə üçün tərtib olunmuş mövzularda da bu məsələlər əksini tapmışdır.O, demişdir: Bəri başdan deyim ki, müsabiqə barədə elan \ Ülfət\ qəzetində dərc ediləndən az sonra təşkilat komitəsinə cəmiyyətin müxtəlif müəssisələrindən və digər sahələrdən 71 məqalə daxil oldu. Münsiflər heyəti hər bir yazıya olduqca ciddi yanaşdı. Yazılar fərdi qaydada oxundu. Sonra ümumi yığıncaqda müzakirə edildi. Seçim zamanı əsas meyar kimi faktlardan istifadə, analitik araşdırma götürüldü. Həmçinin müəlliflərin beynəlxalq təcrübə ilə müqayisələr aparmaq cəhdlərinə də üstünlük verildi. Belə ciddi yanaşmanın nəticəsidir ki, 7 məqalə müsabiqənin tələblərinə cavab vermədiyindən qəbul olunmadı. Bir məqalənin isə köçürmə olduğu aşkara çıxarıldı. Onu da qeyd edim ki, müsabiqənin təşkilat komitəsi daxil olan məqalələrdə, qaliblər sırasında yer tutub-tutmamasından asılı olmayaraq qoyulan məsələləri, irəli sürülən təklifləri, gənclərin istək və arzularını qeydə aldı. Onlar çeşidləndikdən sonra müvafiq təşkilatlara göndəriləcək.Xəyalə xanım qaliblərin adlarını elan etdi. Dedi ki, birinci yeri Yasamal Rayon Su- Kanal İdarəsinin iqtisadçısı Elvin Kərimov, ikinci yeri Suraxanı rayon Su-Kanal İdarəsinin Texniki İstehsalat Şöbəsinin işçisi Elşad İsayev, üçüncü yeri isə Sumqayıt Su-Kanal İdarəsinin kadrlar üzrə mütəxəssisi Qalib Namazov tutmuşlar. Onların hər birinə, bir az sonra hörmətli təşkilat komitəsi üzvləri tərəfindən, tutduqları yerə müvafiq olaraq, 1000, 800 və 500 manat məbləğində nağd pul və diplomlar veriləcək.Fərqlənmiş daha 7 müsabiqə iştirakçısına isə noutbuk və diplomlar təqdim olunacaq. X. Məmmədova çıxışının sonunda münsiflər heyəti adından qalibləri və bütün müsabiqə iştirakçılarını 2 Fevral-Gənclər Günü münasibətilə təbrik etdi, onlara fəaliyyətlərində və şəxsi yaradıcılıqlarında uğurlar arzuladı.Xəyalə xanım ilk təcrübə kimi bu müsabiqənin səmərəli olduğunu qeyd etdi. Onun davamlı olacağına inandığını bildirdi. Mərasimdə Gənclər və İdman Nazirliyinin sektor müdiri Fuad Babayev, Azərbaycan Respublikası Prezidenti Yanında Azərbaycan Gənclər Fondunun aparat rəhbəri Faiq Qürbətov, Azərbaycan Gənclərinin Avropaya İnteqrasiyası Təşkilatının sədri Nərgiz Xələf və başqaları çıxış edərək müsabiqənin əhəmiyyəti barədə danışdılar. Bu tipli tədbirlərin gənclərimizin ictimai fəallığının artırılmasında, onların cəmiyyətdə gedən proseslərdə fəal mövqe tutmaları baxımından böyük stimul olduğunu qeyd etdilər.STİHİ Respublika Komitəsinin sədri Akif Məmmədov sonda çıxış edərək müsabiqənin təşkilat komitəsinə, münsiflər heyətinə təşəkkürünü bildirdi. Qalibləri təbrik etdi, onlara işlərində uğurlar arzuladıMərasim mükafatların təqdim edilməsi ilə yekunlaşdı.B.RZAYEV