Müəssis


Baxıldı : 405

Tarix : 2015-11-20 04:55:00


Müəssisədaxili intizam qaydaları kim tərəfindən və hansı məqsədlə qəbul edilir?Rauf ƏLİYEV,Sumqayıt şəhəri.- Əmək Məcəlləsinin 182-ci maddəsinə əsasən, əmək müqavilələri, habelə bağlanmış kollektiv müqavilələr üzrə tərəflərin öhdəliklərinin yerinə yetirilməsinə nəzarətin həyata keçirilməsi, əmək qanunvericiliyinin tələblərinin gözlənilməsi və əmək intizamının təmin olunması məqsədilə müəssisələrdə müəssisədaxili intizam qaydaları qəbul edilə bilər. Əmək münasibətləri zamanı işçilərin davranış qaydaları bu Qaydalarla müəyyən edilir. Müəssisədaxili intizam qaydalarına əməl etmək həm işçilər, həm də işəgötürənlər üçün məcburi xarakter daşıyır. Bu Qaydalar müəssisə həmkarlar ittifaqı komitəsi ilə razılaşdırılaraq müəssisə rəhbərliyi tərəfindən təsdiq edilir və bir qayda olaraq kollektiv müqaviləyə əlavə olunur. Qaydalar bütün işçilərin həmişə görə biləcəyi yerdə asılır.Qanunvericiliyə əsasən, əgər müəssisələr birliyinin nizamnaməsində nəzərdə tutulmuşsa, birliyin icra orqanı tərəfindən həmin birliyə daxil olan müəssisələr üçün də müəssisədaxili intizam qaydaları qəbul edilə bilər.Müəssisədaxili intizam qaydaları Əmək Məcəlləsinə, əmək qanunvericiliyi üzrə digər normativ-hüquqi aktlara uyğun tərtib edilməlidir. Əks halda müəssisədaxili intizam qaydalarının mövcud qanunvericiliyə zidd olan müvafiq müddəaları və onların tətbiqinin hüquqi nəticələri etibarsız hesab edilir.Müəssisədaxili intizam qaydalarına hansı məsələlər daxil edilməlidir?Rza BAXIŞOV, Gəncə şəhəri.- Bu məsələ Əmək Məcəlləsinin 183-cü maddəsində öz əksini tapıb. Maddəni olduğu kimi diqqətinizə çatdırırıq:a) müəssisənin adı, təşkilati-hüquqi forması, fəaliyyət növü, hüquqi ünvanı;b) iş vaxtının, nahar və digər istirahət fasilələrinin başlandığı və qurtardığı saatlar;c) növbə cədvəlləri və onun tənzimlənməsi qaydaları;ç) əmək şəraitinin təmin edilməsi qaydaları;d) əmək və icra intizamının, əmək vəzifələrinin yüksək səviyyədə yerinə yetirilməsində fərqlənmiş işçilərin, əmək kollektivlərinin mükafatlandırılması şərtləri və qaydaları;e) əmək və icra intizamını pozmuş işçilərə əlavə intizam tənbehi tətbiq edilməsinin şərtləri və qaydaları.Müəyyən müəssisələr birliyinə daxil olan müəssisələr üçün qəbul edilən müəssisədaxili intizam qaydalarında bu maddənin birinci hissəsində nəzərdə tutulmuş məlumatlarla yanaşı, həmin qaydaların şamil edildiyi müəssisələrin adları sadalanmaqla əlavə əmək şəraitinin yaradılmasına, əmək və icra intizamının təmin edilməsinə dair qanunvericiliyə uyğun olan digər məlumatlar da göstərilməlidir.16 yaşım var. Dövlət qulluğunda işləyə bilərəmmi? Deyirlər ki, dövlət qulluğunda işləmək üçün 18 yaşım tamam olmalıdır. Bu, düzgündürmü?Səbuhi HƏSƏNLİ,Bakı şəhəri.- Konstitusiyanın 17-ci maddəsinin V hissəsinə görə, \ 15 yaşına çatmamış uşaqlar işə götürülə bilməzlər\ .Əmək Məcəlləsinin 46-cı maddəsinin 4-cü hissəsində isə bu müddəa \ Əmək müqaviləsi on beş yaşına çatmış fiziki şəxslərlə bağlanıla bilər. 15 yaşına çatmamış şəxslərlə bağlanılan əmək müqaviləsi etibarsız sayılır və belə müqaviləni bağlayan işəgötürən Əmək Məcəlləsinin 312-ci maddəsinə uyğun olaraq inzibati məsuliyyətə cəlb edilir\ kimi qeyd edilmişdir.Lakin Əmək Məcəlləsinin 5-ci maddəsinə əsasən, əmək qanunvericiliyi dövlət qulluqçularına onların hüquqi statusunu tənzimləyən normativ-hüquqi aktlarla müəyyən olunmuş xüsusiyyətlər nəzərə alınmaqla şamil olunur. Həmin xüsusiyyətlərdən biri də elə \ Dövlət qulluğu haqqında\ qanunun 27-ci maddəsində (Dövlət qulluğuna qəbul edilmək hüququ) göstərilən dövlət qulluğuna qəbulun yaş həddidir: \ Azərbaycan Respublikasının 16 yaşına çatmış, irqindən, milliyyətindən, dinindən, dilindən, cinsindən, sosial mənşəyindən, əmlak vəziyyətindən, yaşayış yerindən, əqidəsindən, ictimai və digər birliklərə mənsubiyyətindən asılı olmayaraq müvafiq vəzifənin tələblərinə uyğun peşə hazırlığına malik olan və Azərbaycan Respublikasının dövlət dilini sərbəst bilən vətəndaşlarının dövlət qulluğuna qəbul edilmək hüququ var\ .16 yaşınız varsa, maddədə göstərilən tələblərə uyğun olaraq dövlət qulluğuna qəbul edilmək üçün müraciət edə bilərsiniz.15 gündür ki, dövlət orqanından birinə poçt vasitəsilə ərizə göndərmişəm. Amma hələ cavab almamışam. Bilmək istəyirəm, vətəndaşların müraciətlərinə hansı müddətdə baxılır?Rəsmiyyə MƏMMƏDOVA,Bakı şəhəri.- Məlumunuz olsun ki, bu cür məsələləri nizamlamaq üçün 10 iyun 1997-ci ildə \ Vətəndaşların müraciətlərinə baxılması qaydası haqqında\ qanun qəbul edilmişdir. Həmin qanunun 10-cu maddəsinə əsasən, qanunvericiliklə başqa müddət nəzərdə tutulmamışdırsa, müraciətə 1 ay müddətinədək, əlavə öyrənilməsi və yoxlanılması tələb edilməyən müraciətə isə ən geci 15 gün ərzində baxılmalıdır. Müraciətə baxılmaq üçün xüsusi yoxlama keçirmək, əlavə materiallar tələb etmək, yaxud başqa tədbirlər görmək lazım gəldiyi hallarda müvafiq orqanın, idarənin, təşkilatın, müəssisənin rəhbəri və ya onun müavini müraciətə baxılma müddətini müstəsna hallarda ən çoxu bir ay uzada bilər. Hərbi qulluqçuların və onların ailə üzvlərinin müraciəti daxil olduğu gündən etibarən ən geci 15 gün ərzində baxılır.Əgər məlumatın verilməsi barədə müraciətə yuxarıda göstərilən müddətlərdə baxılması nəticəsində lazım olan məlumat öz əhəmiyyətini itirə bilərsə, həmin müraciətə dərhal, bu mümkün olmadıqda isə 24 saatdan gec olmayaraq baxılmalıdır.Amma həmin Qanunun 4-cü maddəsinə görə, \ Vətəndaşların müraciətlərinə baxılması qaydası haqqında\ qanun məhkəmə icraatı və ya inzibati icraat çərçivəsində vətəndaşların etdiyi müraciətlərin baxılmasına şamil edilmir. Bundan başqa:Hərbi qulluqçuların xidmətlə əlaqədar müraciətlərinə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin daxili xidmət nizamnaməsinə və intizam nizamnaməsinə uyğun olaraq baxılır.Referendumun keçirilməsi ilə əlaqədar müraciətlərə Azərbaycan Respublikasının Seçki Məcəlləsinə uyğun olaraq baxılır. Azərbaycan Respublikasının İnsan hüquqla rı üzrə müvəkkili (ombudsman) tərəfindən vətəndaşların müraciətlərinə baxılması qaydası müvafiq qanunla tənzimlənir. İnformasiya əldə edilməsi üçün sorğunun verilməsi və informasiya əldə edilməsi haqqında sorğuya baxılması qaydası müvafiq qanunla tənzimlənir. Məişət zorakılığı barədə şikayətdə cinayət tərkibinin əlamətləri olmadıqda, şikayətlərə baxılma qaydası \ Məişət zorakılığının qarşısının alınması haqqında\ Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilir. \ Vətəndaşların müraciətlərinə baxılması qaydası haqqında\ qanunun tələblərinə görə, vətəndaş böhtan məqsədilə ərizə və ya şikayət verdikdə, qanunvericiliyə uyğun olaraq məsuliyyət daşıyır.Onu da qeyd etmək lazımdır ki, müraciətə baxılmaq üçün müddət onun göndərildiyi tarixdən deyil, müraciətin təşkilata daxil olduğu tarixdən hesablanır.Hansı hallarda işçiyə intizam tənbehi verilir, neçə cür intizam tənbehi var? Ola bilərmi ki, işçiyə xəbərdarlıq verilsin, bu, qanuna uyğundurmu?Azər NƏCƏFOV,Ucar rayonu.- Əmək Məcəlləsinin 186-cı maddəsinə əsasən işçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən ona adıçəkilən Məcəllə ilə müəyyən edilmiş intizam tənbehlərindən birini verə bilər. Məcəllənin 10-cu maddəsində əmək müqaviləsi üzrə işçinin əsas vəzifələri aşağıdakılar göstərilmişdir:a) əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirmək;b) əmək intizamına və müəssisədaxili intizam qaydalarına əməl etmək;c) əməyin təhlükəsizliyi normalarına əməl etmək;ç) işəgötürənə vurduğu maddi ziyana görə məsuliyyət daşımaq;d) dövlət sirrini, habelə işəgötürənin kommersiya sirrini müəyyən olunmuş qaydada və şərtlərlə gizli saxlamaq;e) iş yoldaşlarının əmək hüquqlarını və qanuni mənafelərini pozmamaq;ə) fərdi, kollektiv əmək mübahisələri üzrə məhkəmə qərarlarını (qətnamələrini) yerinə yetirmək;f) əmək qanunvericiliyinin tələblərinə əməl etmək.Yuxarıda göstərilən xətalardan hər hansı biri baş verərsə, işəgötürənin ixtiyarı var ki, Məcəllənin 186-cı maddəsində qeyd edilən aşağıdakı tədbirlərdən birini görsün: a) töhmət vermək;b) sonuncu xəbərdarlıqla şiddətli töhmət vermək;c) kollektiv müqavilələrdə nəzərdə tutulmuşdursa, aylıq əməkhaqqının 1/4-i məbləğindən çox olmamaq şərtilə cərimə etmək;ç) əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin \ ç\ bəndi ilə ləğv etmək.İntizam tənbehi tətbiq edilərkən işçinin şəxsiyyəti, kollektivdə nüfuzu, peşəkarlıq səviyyəsi, onun törətdiyi xətanın xarakteri nəzərə alınmalıdır.Göstərilən məziyyətlər nəzərə alınmaqla intizam tənbehlərindən hər hansı biri tətbiq olunmadan işçiyə yazılı və ya şifahi qaydada xəbərdarlıq da edilə bilər. Amma xəbərdarlıq intizam tənbehi sayılmır. İşçiyə yazılı və ya şifahi qaydada xəbərdarlıq edilməsində heç bir qanun pozuntusu yoxdur.