Mütəmadi nəzarət var


Baxıldı : 174

Tarix : 2015-02-07 13:16:00


Dəmiryolçuların Müstəqil Həmkarlar İttifaqı Respublika Komitəsi işçilərin sosial hüquqlarının qorunmasını özünün vacib vəzifələrindən bilir.Əməyin mühafizəsini yaxşılaşdırmaq, təhlükəsiz əmək şəraiti yaratmaq, istehsalatda zədəalma hallarının qarşısını almaq üçün mühüm işlər aparır. Hər il \ ADY\ QSC-nin Departament, MMC və müəssisələrində əməyin mühafizəsinin və texniki təhlükəsizlik vəziyyətinin yaxşılaşdırılmasına dair tədbirlər planı hazırlanaraq sahə Hİ Respublika Komitəsi ilə razılaşdırılır. Bununla yanaşı, RK-nın tədbirlər planına müvafiq olaraq əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydalarına da il ərzində mütəmadi nəzarət edilir.MHİRK-in 2012-ci ildə keçirilmiş XXII konfransından bu günə kimi əməyin mühafizəsi məsələləri 32 dəfə Rəyasət Heyətinin iclaslarında müzakirə olunmuşdur. Aparılmış müzakirələr vaxtı müvafiq qərarlar qəbul edilərək müəssisə rəhbərlərinə göndərilmişdir.Tarif Sazişində nəzərdə tutulduğu kimi, vaxtaşırı inzibati binalar, sexlər, xidməti otaqlar təmir edilir, texniki qurğular müayinə olunur, kranlar, hava balonları, dövlət nəzarət orqanları tərəfindən yoxlamadan keçirilir. Lokomotiv maşinistləri üçün uzun məsafə qət etdikdən sonra qısamüddətli istirahət evləri fəaliyyət göstərir. Mətbəxi, duşxanası olan həmin istirahət evləri yataq mebelləri və lazımi dəstlərlə təchiz edilir.Çirkli və tozlu şəraitdə işləyənlər pulsuz xüsusi geyim, xüsusi ayaqqabı və digər fərdi mühafizə vasitələri ilə təmin olunurlar. Paltarlarının işdən qabaq və işdən sonra saxlanması üçün otaqlarda fərdi şkaflar quraşdırılmışdır. Texnoloji proseslərin aparıldığı ərazilər gecə növbəsində normalara müvafiq işıqlandırılır. Hərəkətin təhlükəsizliyi, ağır fiziki, zərərli işlərdə çalışan işçilər ilkin və vaxtaşırı tibbi müayinələrdən keçirilir.Nazirlər Kabinetinin 05.07.2004-cü il tarixli, 92 nömrəli qərarına əsasən, zərərli, ağır peşələrdə çalışan işçilərə 6 gün və Tarif Sazişinə əsasən isə 5 gün əlavə məzuniyyət verilir.İşçilərin əməyinin mühafizəsi işinin öyrədilməsi, təlimatların keçirilməsi və onların biliklərinin yoxlanılmasına dair standartlar sisteminin tələblərinə daim nəzarət olunur.Ümumdünya Əməyin Mühafizəsi Günü (28 Aprel) münasibətilə müəssisələrdə seminarlar, dəyirmi masalar təşkil edilir.Hər il \ ADY\ QSC-nin Departament, MMC müəssisələrində əməyin mühafizəsinə yaz-payız baxışları keçirilir. Baxışların nəticələri araşdırılır, protokolla rəsmiləşdirilir, müvafiq qərarlar qəbul olunur. Bütün bu dediyim tədbirlərin nəticəsidir ki, AHİK-in \ Sağlam və təhlükəsiz əmək şəraitinin yaradılması üzrə ilin ən yaxşı müəssisəsi (təşkilatı)\ devizi altında keçirdiyi Respublika baxış-müsabiqəsində \ ADY\ QSC-nin müəssisələri yüksək göstəricilər əldə etmişlər.Hüseyn CƏFƏROV,Dəmiryolçuların Müstəqil Həmkarlar İttifaqı Respublika Komitəsinin baş texniki əmək müfəttişi