Müştərinin aldadılması baş verir


Baxıldı : 202

Tarix : 2016-04-01 05:30:00


İqtisadçı-ekspert Vüqar Bayramov tikinti şirkətlərini və avtomobil satışı salonlarını müştəriləri aldatmaqda ittiham edib. Təəssüf ki, bəzi şirkətlər biznes etikası və ya müştəri məmnunluğunu deyil, yenə də daha qısa zamanda daha çox gəlir əldə etməyi hədəfləyirlər: \ Banklardan sonra bir sıra tikinti və avtomobil servis şirkətləri də əhalini aldatmağa və yumşaq desək, şirnikləşdirməyə başlayıblar.Yəqin ki, son zamanlar müxtəlif şirkətlərin 4,4 effektiv faizlə mənzil və ya avtomobilin kreditlə satışı barədə reklamları ilə tanış olmusunuz. Dünyanın heç bir normal şirkətinin iş təcrübəsində yalnız effektiv faizləri elan etməyə rast gəlinmir. Effektiv faizlər birbaşa müştəriləri aldatmaq və onların real (nominal) olmayan faizlər ilə cəlb etmək məqsədi daşıyır. Əgər müştəri 4,4 faizlə kredit götürə bilməyəcəksə, mənzil və ya avtomobil kreditini rəsmilləşdirən zaman daha yüksək faizlərlə rastlaşacaqsa, belə saxta faizləri elan etmək biznesin ən adi etik prinsiplərinə ziddir. Təbii ki, kredit üzrə effektiv faiz 4,4 faizdirsə, o zaman real faiz şərtlərindən asılı olaraq bundan 2 dəfəyə yaxın çoxdur\ .Ekspertin sözlərinə görə, bu ona bənzəyir ki, mağazadan su alırsınız və onun üzərinə 80 qəpik yazılıb. Kassaya yaxınlaşaraq ödəniş edəndə satıcı sizdən 1 manat 20 qəpik tələb edir və deyir ki, su üzərində olan effektiv qiymətdir. Ora kommunal xərclər, işçilərin maaşı və s. daxil deyil. Real qiymət 1 manat 20 qəpikdir. Bu 4,4 faiz effektiv faiz elan edib, amma kreditə daha yüksək faiz hesablamaqdan heç də az təəccüblü deyil. Çünki hər iki halda müştərinin aldadılması baş verir. Maraqlıdır ki, ötən il Mərkəzi Bank yalnız effektiv faizin qadağan edilməsi barədə banklara məktub göndərib, amma yenə də bu proses davam edir. Əhəd İBADOV