Müxtəlif dənizlər. Bir dünya\


Baxıldı : 345

Tarix : 2015-11-27 06:09:00


Noyabrın 26-da Heydər Əliyev Mərkəzində Latviya rəssamlarının \ Müxtəlif dənizlər. Bir dünya\ adlı sərgisi açılıb. Sərgi Azərbaycanda \ Latviyanı duyun\ devizi altında keçirilən Latviya günləri çərçivəsində təşkil edilib. Sərgidə tanınmış latviyalı rəssamlar Aleksey Naumov, Kristaps Zarins və Andris Vitolinsin əsərləri nümayiş olunur.Açılış mərasimində Heydər Əliyev Mərkəzinin direktorunun birinci müavini Adil Kərimli çıxış edərək bildirib ki, indiyədək Mərkəzdə 30-dək sərgi keçirilib. Latviyanın üç rəssamının 30-dan çox əsərinin yer aldığı budəfəki sərgi ölkənin incəsənətini təqdim etmək baxımından da əhəmiyyət daşıyır.Latviyanın iqtisadiyyat naziri xanım Dana Reizniece-Ozola təmsil etdiyi nazirliyin adından qonaqları salamlayaraq deyib: \ Sərginin adından məlum olduğu kimi, \ Müxtəlif dənizlər. Bir dünya\ mövzusu bir-birindən fərqli olan iki müxtəlif ölkəni, yəni Baltik dənizi sahilində yerləşən və onun incisi olan Latviyanı və Xəzər dənizi sahilində yerləşən və onun incisi olan Azərbaycanı bir araya gətirəcək. Düşünürəm ki, incəsənət hər bir yerdə onu dərk edən adamlar üçün maraq doğurur. Ümidvaram ki, insanlar bu peyzaj janrında əsərlərə baxanda rahatlıq tapacaqlar\ . Latviyalı nazir sərginin xoş təəssürat yaradacağına ümidvar olduğunu deyib.Latviyanın Azərbaycandakı səfiri Yuris Maklakovs sərginin Heydər Əliyev Mərkəzində təşkilindən qürur duyduğunu bildirib. Azərbaycanda üç aydır ki, səfir kimi fəaliyyət göstərdiyini bildirən latviyalı diplomat Mərkəzdə ilk dəfə olmasını və bu ecazkar məkanın onda böyük təəssürat yaratdığını vurğulayaraq deyib: \ Gündəlik həyatımızda biz bir çox proseslərin şahidi oluruq. Lakin düşünürəm ki, biz incəsənəti unutmamalıyıq. Bu sərgi azərbaycanlıları Latviya rəssamlarının əsərləri ilə daha yaxından tanış edəcək. Belə sərgilərin sayı çox olacaq\ .Sonra tədbir iştirakçıları sərgi ilə tanış olublar. Qeyd edək ki, Latviya rəssamlarının sərgisi 2016-cı il fevralın sonunadək davam edəcək.CAVİD